İran Omanla Fransanın razılaşmasını qəbul etmir
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında ABŞ ilə anlaşma memorandumu və onun icrasını müzakirə edib.
Redaktor.az xəbər verir ki, danışıqlar İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi tərəfindən Fransa Prezidenti Emmanuel Makronun sözlərinə dair tənqidi açıqlamasından sonra baş tutub.
Qəribabadi Makronun Parisin Omanla birlikdə Hörmüz boğazında minatəmizləmə işləri apardığını bildirməsini tənqid edərək, boğazda minatəmizləmənin yalnız İranın məsuliyyəti olduğunu vurğulayıb.
Əraqçi ilə Barro bu məsələni də müzakirə edib. İran xarici işlər naziri məsələyə dair Tehranın yanaşmasını fransalı həmkarının diqqətinə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















