Icma.az
close
up
RU
Azərbaycan futbolu Türkiyə futboluna oxşaya bilərmi?

Azərbaycan futbolu Türkiyə futboluna oxşaya bilərmi?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qardaş Türkiyənin Azərbaycan cəmiyyətinə böyük təsiri var. O cümlədən də futbolumuzda bu təsir hiss olunur. "Turan Tovuz”un qışda sürüşkən yollar səbəbindən "CBC Sport”un avtomobillərinin və VAR texnologiyasının Şamaxıya gedə bilməməsinə necə üsyan etməsi yadımızdadır. Qərb təmsilçisi iddia edirdi ki, VAR-ın işləmədiyi oyunda hakimlər onlara qarşı ədalətsiz davranacaqlar, komanda uduzmağa məhkum ediləcək. Sonrası necə oldu? "Turan Tovuz” Şamaxıdan qələbə ilə qayıtdı, heç kim onları sıxıb-boğmadı. Əvəzində sonrakı turlarda Kurban Berdiyevin çalışdırdığı komanda uzun müddət qələbəyə həsrət qaldı. "Əri döymüş arvadı it də qapdı” məsəlində olduğu kimi, AFFA ürəyini soyumadı və başqalarının gözünün odunu almaq üçün "Turan Tovuz”a 20 min manat cərimə kəsdilər. Adına da qoydular "AFFA və PFL-in nüfuzuna zərər vurulması”.

"Turan Tovuz” sonradan "səhvini” başa düşüb, AFFA ilə münasibətləri yumşaltmağa, onların könlünü almağa çalışsa da, artıq iş-işdən keçmişdi. AFFA-nın "ulduzu” uzun müddət qərb təmsilçisi ilə barışmadı. İşin əslində həmin bəyanatın özündə bir Türkiyə futbolu ab-havası var. Türkiyədə bu cür hallara tez-tez rast gəlirik. Klublar TFF-ni vaxtaşırı hədələyir, azarkeşləri və medianı qaza gətirən açıqlamalar verir, bəyanatlar yayırlar. Burda da əsas məqsəd diqqətləri əsas məsələlərdən, uğursuzluqlardan yayındırmaq olur. Bəzən də onlar məqsədlərinə çatırlar. Federasiya klubların qarşısında geri çəkilir, onların istədiklərini həyata keçirir. Buna misal olaraq "Fənərbaxça”nın istəyi ilə Superliqa oyunlarına xaricdən VAR hakimlərinin gətirilməsini, "Qalatasaray”la derbiyə ümumiyyətlə, əcnəbi hakimlər briqadasının təyin edilməsini göstərə bilərik. Sonradan hamı gördü ki, hakimlik məsələsi bəhanə imiş, "Fənərbaxça” "Qalatasaray”la rəqabət aparacaq gücdə deyilmiş. Yəni ki, hakimlər bu uğursuzluqlarda rol almayıblar. 

TFF klubların gücündən çəkinib, həlledici məqamlarda geri addım atsa da, AFFA oxşar durumda əksini etdi. "Boz bina”da oturan başbilənlər göstərdilər ki, "Turan Tovuz”un qarşısında geri addım atmaq, özlərinə qarşı verilmiş hansısa bəyanata qarşı səbr göstərmək fikrində deyillər. Kimsə AFFA-nın ədalətinə şübhə etsə, onunla bəyanat (hədə) dilində danışmağa çalışsa, dərhal da cəzalanacaq. 20 min manatlıq cəza və həmin cəzayla bağlı qərarın sonuncu abzasındakı "AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər” qeydi klublar üçün ciddi siqnal idi. Yəni ki, özünüzü yığışdırın.

Gələn mövsümdən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayı 10-dan 12-ə çatacaq. "Qəbələ” elitaya qayıdıb, onunla yanaşı bölgə təmsilçiləri "Karvan”la "İmişli” Premyer Liqada oynayacaq. "Kəpəz”də yeni rəhbərlik var, gəncəli azarkeşlər yeni mövsümə iddialı gözlə baxırlar. Hələ ötən mövsümün uğursuzları "Neftçi” ilə "Sabah”ın mükafatlar uğrunda mübarizəyə daha böyük həyacanla qoşulacağı gözləniləndir. Deməli, gələn mövsüm hakimliklə bağlı mübahisələr, AFFA-nın klublara yanaşmasıyla bağlı narazılıqlar da artacaq. Amandır, kimsə "Turan Tovuz” kimi davranmağı düşünməsin. AFFA TFF qədər səbrli və anlayışlı deyil, sizin nazınızla heç kim oynamayacaq. Əks fikirdə olanlar böyük cərimələrə hazır olsunlar. Necə deyərlər, məndən söyləməsi...

Amal Abuşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri