İran parlamentinin sədri APA nın 15 ci sessiyasında iştirak üçün Bakıya gəlib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gəlib.
"Report" bu barədə İran KİV-ə istrinadən xəbər verir.
İranlı spiker səfərdən əvvəl yerli mətbuata verdiyi müsahibədə ölkəsinin Azərbaycanla beynəlxalq və regional əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
"Azərbaycanla çoxsaylı tarixi və müxtəlif sahələrdə əlaqələr var. Səfər zamanı yüksək vəzifəli şəxslərlə keçiriləcək ikitərəfli görüşlər siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün vacibdir", - Qalibaf deyib.
Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. Toplantıda 26-ölkə parlamentinin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək. Azərbaycanın sədrlik müddətinin başa çatması ilə əlaqədar APA-ya növbəti iki il üçün rəhbərlik və onun gündəliyi nəzərdən keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 18 Fevral 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















