İran Prezidenti: “Regiondan hücum olmasa, əlavə əməliyyat olmayacaq”
Icma.az bildirir, Milli.az portalına istinadən.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, region ölkələrindən hər hansı hücum baş vermədiyi təqdirdə onlara qarşı əlavə hərbi əməliyyatlar həyata keçirilməyəcək.
Milli.Az xəbər verir ki, bu qərar ölkənin Müvəqqəti İdarəetmə Şurası tərəfindən qəbul edilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats açıqlayıb ki, İsrail Müdafiə Qüvvələri İrana qabaqlayıcı zərbə endirib. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, ölkəsi də İrana qarşı hərbi əməliyyatda iştirak edib.
Bunun cavabı olaraq İran İsrailə bir sıra ballistik raket atışları həyata keçirib. İsrail Müdafiə Qüvvələri bu atışları təsdiqləyib, ölkədə sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.
Martın 1-də isə İranın Ali Lideri Əli Xamenei bəyan edib ki, hücumlar zamanı itkilər qeydə alınıb. Bundan əlavə, İran qonşu ölkələrdə ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərə raket zərbələri endirib, nəticədə həmin ölkələrin hava məkanları müvəqqəti bağlanıb.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Mart 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















