Icma.az
close
up
RU
İran prezidenti Trampa suiqəsd cəhdi ilə bağlı iddiaları rədd edib

İran prezidenti Trampa suiqəsd cəhdi ilə bağlı iddiaları rədd edib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian onların keçən il ABŞ-da seçki kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdləri ilə bağlı iddiaları rədd edərək, bunun “anti-İran əhval-ruhiyyəsini gücləndirmək” üçün edildiyini deyib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Pezeşkian Amerikanın NBC kanalına müsahibəsində Trampa qarşı sui-qəsd cəhdləri, ABŞ-İran münasibətləri və İsrailin hücumları ilə bağlı münasibət bildirib.

Keçən il seçki kampaniyası zamanı İranın Trampı “öldürməyə cəhd etməsi” ilə bağlı iddiaları təkzib edən Pezeşkian deyib: “İran heç kimə sui-qəsd etməyi planlaşdırmayıb”, - deyə qeyd edib.

Pezeşkian bu iddiaların "anti-İran əhval-ruhiyyəsini gücləndirmək üçün irəli sürüldüyünü" iddia edərək, heç vaxt sui-qəsd planlarının olmadığını bildirib.

Pezeşkiyan Trampın yeni dönəmində ABŞ-la münasibətlərə də toxunub. ABŞ-ın əvvəldən İran hökumətini “devirməyə” çalışdığını qeyd edən Pezeşkian: “Ümid edirəm ki, Tramp regional və dünyada sülh üçün çalışacaq, qan və müharibəyə səbəb olmayacaq”, - deyə qeyd edib.

Pezeşkian həmçinin vurğulayıb ki, Tramp və ABŞ administrasiyası ilə dialoqun qurulmasında problem dialoq deyil, İranın əməl etməli olduğu öhdəliklərdir. Trampın ilk dövründə ABŞ-ın nüvə razılaşmasından birtərəfli qaydada çıxmasına işarə edən Pezeşkian İranın bütün lazımi öhdəliklərə əməl etdiyinə, lakin “qarşı tərəfin verdiyi vəd və öhdəliklərə əməl etmədiyinə” diqqət çəkib.

Pezeşkian ittihamlara rəğmən nüvə silahı hazırlamaq üçün heç bir səy göstərilmədiyini iddia edib və bunun “zəmin hazırlamaq” cəhdi olduğunu qeyd edib. İsrailin İrana hücumları ilə bağlı danışan Pezeşkian: "Biz müharibədən qorxmuruq, amma müharibə də istəmirik", - deyib.

14 iyul 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya (5+1) arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlı nüvə sazişi imzalanıb və Tramp 2018-ci ilin mayında ABŞ birtərəfli qaydada sazişdən çıxdığını bəyan edib.

Tramp 2024-cü il iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı sui-qəsd cəhdinə məruz qalıb və hücumdan qulağından aldığı yara ilə sağ qalıb. Trampa atəş açdığı iddia edilən şəxs öldürülüb. Seçilmiş prezident buna səbəb kimi “İran təhdidi”ni əsas gətirərək, seçki prosesi zamanı istifadə etmək üçün hərbi təyyarə və maşın tələb etdiyi iddia edilib.

8 noyabr 2024-cü ildə ABŞ Ədliyyə Nazirliyi İran rəsmisinin Trampı öldürmək üçün hazırladığı iddia edilən “qatil” planı ilə bağlı üç nəfərə qarşı cinayət işi qaldırıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri