İran PUA ları Şimali Küveytdəki dövlət müəssisəsini bombaladı
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
İranın pilotsuz uçuş aparatları (PUA) Küveytin şimal hissəsində yerləşən dövlət obyektinə zərbələr endiriblər.
"Bakupost"un məlumatına görə, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Ətvan məlumat verib.
Nazirlik nümayəndəsi qeyd edib ki, avqustun 1-də hərbi qüvvələr düşmənə məxsus dronların Küveytin hava sərhədlərini pozduğunu müəyyənləşdirib.
Səudəl-Ətvan əlavə edib ki, ölkənin şimal ərazisindəki dövlət qurumuna hücumla yanaşı Bubiyan adasında fəaliyyət göstərən mülki şirkətin avadanlıqları da zədələnib. Obyektlərə yalnız maddi zərər dəyib, insan itkisi qeydə alınmayıb.
Xatırladaq ki, iyulun 30-da Küveytin Müdafiə Nazirliyi ölkənin şimalında yerləşən Çin şirkətinə İran tərəfindən endirilən zərbə nəticəsində bir nəfərin həlak olduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 Avqust 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















