İran Küveytdəki ABŞ hərbi bazalarını yenidən bombaladı Ölənlər var
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən iki ABŞ bazasındakı hərbi obyektlərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-a istinadən İran dövlət teleradio şirkəti məlumat yayıb.
"Əli əs-Saləm" aviabazasında hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" dronlarının saxlanıldığı anqar hədəfə alınıb. Bundan əlavə, "Əl-Adiri"də iki helikopter anqarına da zərbələr endirilib.
SEPAH-ın məlumatına görə, hücum nəticəsində bir neçə hərbi qulluqçu ölüb və yaralanıb, texnikaya ciddi ziyan dəyib. Regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu bildirilib.
"Doha bazasında sursat anbarına, ABŞ ordusunun maddi-texniki təminat mərkəzinə, "Əli əs-Saləm"dəki yanacaq çənlərinə və Küveytdəki "Arifcan" bazasının sursat anbarına PUA-larla kütləvi zərbələr endirdik", - deyə SEPAH-ın bəyanatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 23 İyul 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















