Icma.az
close
up
RU
İran Qara dənizə çıxış üçün hərəkətə keçdi Zəngəzurda nəhəng layihə

İran Qara dənizə çıxış üçün hərəkətə keçdi Zəngəzurda nəhəng layihə

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran şirkətləri Ermənistanın cənubunda, Zəngəzur bölgəsində strateji əhəmiyyət daşıyan Qacaran tunelinin tikintisinə başlayıblar.

Turkustan.az xəbər verir ki, 7,2 kilometr uzunluğundakı tunel Ermənistanın Şimal–Cənub avtomobil yolunun ən mühüm və texniki baxımdan mürəkkəb hissələrindən biri hesab olunur.

Layihəni İranın “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” şirkətlərinin yaratdığı birgə müəssisə həyata keçirir. Layihənin ümumi dəyərinin təxminən 395 milyon dollar olduğu bildirilir. Tunellə yanaşı, ona birləşən təxminən 4 kilometrlik yolun tikintisi və yenidən qurulması da nəzərdə tutulub. İşlərin altı il ərzində tamamlanması planlaşdırılır.

Qacaran tuneli İran sərhədindən Ermənistan ərazisinə, oradan Gürcüstana və Qara dəniz limanlarına uzanan nəqliyyat xəttinin mühüm hissəsi olacaq. Layihənin reallaşdırılması İranın Qara dəniz regionuna və Avropa bazarlarına alternativ quru marşrutu ilə çıxış imkanlarını genişləndirəcək.

Tuneldə iki hərəkət zolağı və səkilər nəzərdə tutulub. Ümumi eni 10,6 metr olacaq tuneldə fövqəladə dayanacaq sahələri, təxliyə çıxışı, avtomatik ventilyasiya, işıqlandırma, yanğınsöndürmə, enerji təchizatı və idarəetmə sistemləri qurulacaq.

İran şirkətləri Zəngəzurda Qacaran–Aqarak avtomobil yolunun 32 kilometrlik hissəsində də iş aparırlar. Bu layihələr İran–Ermənistan–Gürcüstan–Qara dəniz nəqliyyat xəttinin imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qacaran tunelinin istifadəyə verilməsi ilə Ermənistanın tranzit imkanlarının artacağı, İranın isə Qara dənizə çıxış üçün daha əlverişli nəqliyyat bağlantısı əldə edəcəyi gözlənilir./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Avqust 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri