Icma.az
close
up
RU
Müharibə təşvişi: İran hərəkətə keçdi Qüvvələr Zəngəzurda toplanacaq?

Müharibə təşvişi: İran hərəkətə keçdi Qüvvələr Zəngəzurda toplanacaq?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir.

2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində Azərbaycana təhvil verildi; İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqlədi.

Bu iki məqamdan əlavə bir detal da diqqət çəkir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir. Bu səfər həm də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın on birinci görüşündən qısa müddət sonra baş tutdu. Xatırladım ki, həmin görüşdə tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Mümkündür ki, bu görüşlər fonunda Tehran bir zamanlar “qırmızı xətt” adlandırdığı məqamları da Bakıya güzəştə getsin.

İranın etdiyi əslində yeni bir şey deyil. Tehran əvvəllər də Bakı ilə gərginliyi aradan qaldırmaq üçün müxtəlif addımlar atıb. Amma bu dəfə kifayət qədər ciddi proseslər gedir. Əlbəttə, İranın məqsədi səmimi şəkildə Azərbaycanla münasibətləri normallaşdırmaq deyil. Tehranı narahat edən dəyişən geosiyasi vəziyyətdir.

Birincisi, İsrail faktiki olaraq Livanda “Hizbullaha”, Qəzzada HƏMAS-a ciddi zərbə vurdu. Suriyada Bəşər Əsədin devrilməsi də İrana ciddi zərbə oldu. Sadə formada desək, İranla İsrail arasındakı proksi qüvvələr qalxanı sıradan çıxdı.

İkincisi, İran üçün digər ciddi problem ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsidir. Trampı yəhudi diasporu və İsrail açıqca dəstəkləyir. Təbii olaraq o da bunun qarşılığını verəcək. Yəni ehtimal İran-İsrail qarşıdurmasında ABŞ Bayden administrasiyası dövründə olduğu kimi səssiz qalmayacaq.

Üçüncüsü, İran üçün bir digər zərbə Ermənistandan gəldi. İrəvanın Vaşinqtonla strateji saziş imzalaması və ərazisində ABŞ hərbi bazasının yaranmasına icazə verməsi Tehran üçün həyəcan təbilidir.

İran İsrailin yaxın zamanlarda Tehranı provokasiyaya çəkəcəyini yaxşı bilir. İsrailin belə bir planı var. Hansı ki, bunun fonunda Təl-Əviv başda ABŞ olmaqla Tehrana qarşı beynəlxalq koalisiya yaradılmasını istəyir. Bu baş versə, həmin qüvvələrin ehtimal toplanma nöqtələrindən biri Ermənistan ola bilər.

Təbii ki, İran da boş dayanmır. Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq Tehranın özünü müəyyən mənada qoruma instinktindən irəli gəlir. Tehranın Çinlə də təmasları var. Bütün bu hadisələrin fonunda İran Ermənistandan gələcək zərbələri bildiyi üçün Bakı ilə buzları əritməyə, münasibətləri normallaşdırmağa çalışır.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:406
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri