Icma.az
close
up
RU
İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir

İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belə bir vəziyyətdə İran hökuməti ictimai narazılığı kəskin güc tətbiqi ilə yatırmaqdan çəkinir. Çünki gökumətin fikrincə, ABŞ-nin müdaxiləsi ölkədə daha böyük iğtişaşa gətirib çıxara bilər. Ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurası da keçirilən təcili iclasda bu fikir üzrə ortaq məxrəcə gəlib. İclasda həmçinin ABŞ-nin mümkün hərbi hücumu da nəzərdən keçirilib. Ümumiyyətlə, daxildə cəmiyyəti dalğalandıran iqtisadi-siyasi böhran, xaricdən isə növbətti İsrail-ABŞ zərbəsinin ehtimalı qarşısında naçar qalan hökuməti artıq başa düşür ki, İslam Respublikasının "vəziyyəti ruscadır", əməli işə keçmək lazımdır, hərçənd imkanlar çox məhduddur.
Prezident Məsud Pezeşkiyan keçən həftə iqtisadi məsləhət komitəsinin iclaslarında vəziyyəti qiymətləndirib. İclasda böhran daha da pisləşəcəyi təqdirdə atıla biləcək addımlara baxılıb. Maraqlıdır ki, hökumət nümayəndələri ona öz ictimai çıxışlarında yekun qərarların yalnız ali dini lider Əli Xameneinin dilindən çıxdığını xalqa xatırlatmağı məsləhət görüblər. Hərçənd Britaniyanın "The Times" qəzetinin yaydığı xəbərə baxanda görürük ki, quzunun (xalqın) can dərdinə yandığı İranda qəssabı (ali dini lideri) artıq ət maraqlandırmır. Deyəsən, o da öz canının hayına düşüb. Qəzet müvafiq kəşfiyyat hesabatına istinadən yazır ki, İranın təhlükəsizlik qüvvələri etirazçıların tərəfini saxlayıb onları dəstəkləyərsə, Əli Xamenei 20 nəfərlə (ailə üzvləri və köməkçiləri) birlikdə Tehrandan qaçacaq. Plana əsasən, rəhbərin oğlu və varisi Müctəba Xameneinin də xüsusi surətdə təhlükəsiz yerə köçürülməsi nəzərdə tutulur. İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti qəzetə açıqlamasında vurğulayıb ki, Əli Xamanei yalnız Moskva şəhərinə qaça bilər, çünki gedə biləcəyi başqa yer yoxdur: "2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə nəticəsində ali rəhbərin nüfuzu çox zəifləyib. O, uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmır, həmçinin son günlər baş verən aksiyalara dair hər hansı çıxış həyata keçirmir".
Times: "Xamenei də Moskvaya qaçacaq"
Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.

(ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə müsahibə verərkən. 4 yanvar 2025-ci il)
Beləliklə, İranın vəziyyəti, həqiqətən də, "rusca"dır. Bu, görünür, Donald Trampın ürəyincədir. O, "Air Force One" təyyarəsində jurnalistlərə müsahibə verərkən yenidən qətiliklə söyləyib ki, İranda meydana gələn aksiyalarda etirazçılar öldürülərlərsə, Vaşinqton hərəkətə keçəcək:
"Vəziyyəti yaxından izləyirik. İran hökuməti keçmişdəki kimi etirazçıların öldürülməsi əmrini verərsə, onlara çox güclü zərbə endirəcəyik".
Eyni zamanda, İsrailin də İrandakı iğtişaşdan faydalanacağı, ABŞ-nin mümkün hücumuna qoşulacağı böyük ehtimaldır. Bu çərçivədə İranın nüvə obyektlərinin yenidən bombalana biləcəyi istisna deyil. İyun ayında baş vermiş 12 günlük müharibədə Tehran ABŞ-İsrail birgə hücumlarına qarşı müəyyən cavab tədbirləri görmüşdüsə də, yeni müharibə şəraitində yalnız müdafiə mövqeyində qalacağı proqnozlaşdırılır. İranın Yaxın Şərqdəki artıq çox zəifləmiş proksi qüvvələri, yəni Fələstin, Livan və İraqdakı irili-xırdalı qruplaşmalar da öz himayədarlarına əvvəlkitək kömək göstərə bilməyəcəklər. ABŞ-nin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiyanın necə davranacağı isə həmişəkitək qaranlıqdır. Əlbəttə, bütün bu mənzərənin inkişafı İrandakı etiraz dalğasının gücündən, miqyasından və davamlılığından asılıdır.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azvision.az
archiveBu xəbər 05 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri