Icma.az
close
up
RU
İran quraqlıq şəraitində süni yağış yağdırmaq üçün buludların “səpilməsinə” başlayıb

İran quraqlıq şəraitində süni yağış yağdırmaq üçün buludların “səpilməsinə” başlayıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Uzun müddətdir quraqlıqdan əziyyət çəkən İranda hakimiyyət yağışı süni şəkildə yağdırmaq məqsədilə reagentin, yəni, buludların səpilməsi prosesinə start verib. Bu barədə AZƏRTAC BBC telekanalına istinadla xəbər verir.

Buludların səpilməsi, adətən, təyyarələrdən və ya yerdən gümüş və ya kalium yodidi kimi reagentlərin buludların içinə çilənməsi yolu ilə həyata keçirilir. Bu, su buxarının daha sürətli kondensasiyasına və nəticədə yağıntıların düşməsinə səbəb olur.

İranın rəsmi IRNA agentliyinin məlumatına görə, şənbə günü bu proses Urmiya duz gölünün hövzəsi üzərində həyata keçirilib.

Urmiya İranda Xəzər dənizindən sonra ən böyük göldür, lakin bir neçə illik quraqlıq nəticəsində onun böyük hissəsi quruyaraq duzlu bataqlığa çevrilib.

Agentliyin məlumatına əsasən, buludların səpilməsi prosesi bundan sonra gölün sahilində yerləşən İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində davam etdiriləcək (bu vilayətlər Azərbaycan Respublikası ilə həmsərhəddir).

İran Meteorologiya Təşkilatının məlumatına görə, bu il ölkədə uzunillik orta göstərici ilə müqayisədə 89% az yağıntı müşahidə olunub.

Əhalisi 9 milyondan çox olan paytaxt Tehranda su anbarları öz həcminin 10%-dən də aşağı səviyyəsinə düşüb. Hakimiyyət suyun verilməsinə məhdudiyyət qoyulmasını istisna etmir, Prezident Məsud Pezeşkian isə hətta əhalinin təxliyəsinin də lazım ola biləcəyini bildirib.

Buludların səpilməsi, yaxud buludların dağıdılması

Buludların səpilməsi metodundan artıq bir neçə onillikdir istifadə olunur. Son illərdə su qıtlığı ilə mübarizə məqsədilə bu üsul Birləşmiş Ərəb Əmirliklərində də tətbiq olunub.

Bu metod, həmçinin “buludların dağıdılması” adlanır ki, bu da onun istifadə oluna biləcəyi digər məqsədlərə işarə edir. Məsələn, Rusiya kimi ölkələrdə bəzən bayram tədbirləri zamanı yağışın qarşısını almaq üçün bu üsuldan istifadə edilir.

Sovet İttifaqı 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza sonrası da “buludları səpib”. Məşhur versiyaya görə, bu, radioaktiv hissəciklərlə yüklənmiş buludların Moskvaya və digər sıx məskunlaşmış bölgələrə yağış gətirməsinin qarşısını almaq üçün edilmişdi, nəticədə radioaktiv yağış Belarusun cənub bölgələrinə yağmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri