İran razılaşmasa elektrik stansiyalarını vurmağa başlayacağıq
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
“İranın dünən Hörmüz boğazında atəş açması atəşkəs razılaşmasının tam pozulmasıdır“.
Azpost.info bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Prezident bildirib ki, İranın Hörmüz boğazını bağlandığını elan etməsi qəribədir: “Biz blokadamızla artıq onu bağlamışıq. Onlar özləri də fərqinə varmadan bizə kömək edirlər. Keçidi bağlamaqdan gündə 500 milyon dollar itirənlər məhz onlardır! ABŞ heç nə itirmir. Əslində, bir çox gəmi hazırda ABŞ-a, Texas, Luiziana və Alyaskaya yüklənmək üçün gedir, bu da həmişə “sərt adam” olmaq istəyən SEPAH-ın sayəsindədir”.
Tramp deyib ki, ABŞ çox ədalətli və ağlabatan razılaşma təklif edir: “Ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Əgər etməsələr, ABŞ İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü sıradan çıxaracaq. Artıq “Cənab yaxşı adam” yoxdur. Hər şey tez və asanlıqla baş verəcək. Əgər onlar razılaşmanı qəbul etməsələr, son 47 ildə digər prezidentlər tərəfindən İrana edilməli olanı etməkdən şərəf duyacağam.
İranın öldürmə maşınını dayandırmağın vaxtıdır”-deyə Tramp vurğulayıb.
ABŞ prezidenti bildirib ki, nümayəndələri Pakistanın İslamabad şəhərinə gedirlər. Onlar sabah axşam danışıqlar üçün orada olacaqlar.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 19 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















