Icma.az
close
up
RU
Analiz vermədən bu vitaminləri İÇMƏYİN!

Analiz vermədən bu vitaminləri İÇMƏYİN!

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vitamin "D"nin dozası analiz nəticəsinə uyğun müəyyən edilməlidir”

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, payız-qış mövsümünə hazırlıq zamanı immun sisteminin dəstəklənməsi üçün "D" və "C" vitaminləri, omega-3 yağ turşuları və sinkə ehtiyac ola bilər. Lakin bu preparatların, xüsusilə vitamin "D"nin həkim məsləhəti olmadan qəbul edilməsi düzgün deyil.

“Əvvəlcədən vitamin "D"nin səviyyəsi qanda yoxlanılmalı və laborator analizlərin nəticəsinə uyğun olaraq doza müəyyən edilməlidir. Həkim məsləhəti olmadan hər hansı dərman və ya vitamin qəbul etmək olmaz”, - deyə G.İsmayılova vurğulayıb.

Terapevt qeyd edib ki, vitamin "D"nin nəzarətsiz qəbulu hipervitaminoza səbəb ola və ciddi fəsadlar yarada bilər. Bu səbəbdən preparatların qəbulu zamanı pasiyentin fərdi göstəriciləri nəzərə alınmalıdır.

G.İsmayılova özbaşına müalicənin digər dərmanlara da aid olduğunu diqqətə çatdırıb. O, xüsusilə baş ağrısı zamanı ağrıkəsicilərin həkim məsləhəti olmadan qəbul edilməsinin düzgün olmadığını bildirib.

“Baş ağrısı bir çox xəstəliklərin klinik əlaməti ola bilər. Ağrıkəsici qəbul etməklə simptomu müvəqqəti gizlətmək əsas xəstəliyin vaxtında aşkarlanmasını gecikdirə bilər. Əlamətin səbəbi vaxtında araşdırılıb diaqnoz qoyulduqda müalicə də daha rahat aparılır”, - deyə terapevt əlavə edib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri