İran regiondakı bütün ABŞ infrastrukturunu məhv etməklə hədələyib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) nümayəndəsi bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbələr endirməklə bağlı təhdidləri reallaşacağı təqdirdə, ölkənin silahlı qüvvələri regiondakı Amerika obyektlərinə zərbələr endirəcək.
Xalqcebhesi.az xəbər verir ki, İranın Fars xəbər agentliyinin verdiyi məlumata görə, ordu mətbuat xidmətinin açıqlamasında deyilir: "Əgər ABŞ prezidenti tərəfindən bu yaxınlarda səsləndirilən, həmin ölkənin ordusu tərəfindən İslam Respublikasının infrastrukturuna zərbələr endirilməsi ilə bağlı təhdidlər reallaşarsa, İranın təmkin nümayiş etdirməsi sayəsində hələ də toxunulmaz qalan hər şey, yəni regiondakı bütün infrastruktur İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü zərbələri ilə məhv ediləcək və ondan əsər-əlamət qalmayacaq, sanki heç vaxt mövcud olmayıb".
Bəyanatın mətninə görə, Hörmüz boğazı İran üçün qırmızı xəttdir və ölkə ABŞ-nin onun idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 16 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















