İran ABŞ nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 oktyabr, AZƏRTAC
İran ABŞ-nin ölkəyə növbəti hücumu baş verəcəyi təqdirdə, regiondakı Amerika texnoloji infrastrukturunun hədəfə çevrilə biləcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Onun sözlərinə görə, regionda yerləşən ABŞ-yə məxsus sualtı kabellər, məlumat mərkəzləri və süni intellekt infrastrukturu daxil olmaqla, texnoloji obyektlərin ümumi dəyəri 2 trilyon dolları ötür.
Rzayi qeyd edib ki, bu obyektlər hələlik hədəf siyahısına daxil edilməyib, lakin hərbi qarşıdurma yenidən başlayarsa, İran daha genişmiqyaslı tədbirlər görə bilər.
O, həmçinin İranın əlavə hərbi qüvvələr yerləşdirməyə hazır olduğunu bildirib və münaqişənin nəticəsinin ölkənin müqavimətindən asılı olacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 12 Oktyabr 2026 07:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















