Icma.az
close
up
RU
Tesla Cybertruck üçün daha bir geri çağırma: Bu dəfə problem nədir?

Tesla Cybertruck üçün daha bir geri çağırma: Bu dəfə problem nədir?

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tesla Cybertruck" modelində istehsal keyfiyyəti ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət və ABŞ Milli Magistral Yollar Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA), bu dəfə off-road (yolsuzluq) aksesuarı olan işıq çubuğunda aşkar edilən təhlükə səbəbilə yeni bir geri çağırma elan edib.

Məlumata görə, işıq çubuğunun bərkidildiyi hissənin boşalması nəticəsində onun avtomobildən qoparaq yola düşmə ehtimalı var. NHTSA-nın açıqlamasında bildirilib ki, bu problem bazara çıxarılan bütün "Cybertruck" avtomobillərinin təxminən 10 faizini, yəni 6 197 nəqliyyat vasitəsini əhatə edir.

Rəsmi bildirişdə qeyd olunub: “Yerindən çıxan bir işıq çubuğu yola düşərək digər avtomobillər üçün ciddi təhlükə yarada bilər və bu, qəza riskini artırır”.

NHTSA-nın açıqlamasına əsasən, "Tesla" problemi aradan qaldırmaq üçün iki mümkün üsul tətbiq edəcək: ya işıq çubuğunu ön şüşəyə xüsusi lentlə yapışdırmaqla yanaşı əlavə mexaniki bərkidici hissə quraşdıracaq, ya da yalnız həmin əlavə mexaniki bağlama elementi vasitəsilə aksesuarı sabitləşdirəcək.

Bu hadisə, 2023-cü ilin sonlarında satışa çıxarılan "Cybertruck" modeli üçün həyata keçirilən onuncu geri çağırmadır. Həmçinin bu, yalnız oktyabr ayı ərzində elan edilən ikinci belə tədbirdir.

15 oktyabrda verilən əvvəlki bildirişdə avtomobilin ön parklama işıqlarının normadan artıq parlaq olduğu müəyyən edilmişdi. Həmin problem üçün "Tesla" uzaqdan yüklənən pulsuz proqram yeniləməsi təqdim edərək məsələni həll etmişdi.

Yeni geri çağırma ilə bağlı detallı məlumatların təsirə məruz qalan avtomobil sahiblərinə 26 dekabrdan etibarən poçt vasitəsilə göndərilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Noyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri