Icma.az
close
up
RU
İran rejiminin bütün siyasi təzyiq və təhdidlərinə qarşı Azərbaycan güclü mövqe ortaya qoya bilər

İran rejiminin bütün siyasi təzyiq və təhdidlərinə qarşı Azərbaycan güclü mövqe ortaya qoya bilər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Məsud Pezeşkian prezident seçildiyi zaman Azərbaycanda bəzi politoloqlar hesab edirdi ki, Pezeşkian azərbaycanlıdır və Azərbaycan dilində danışır, Azərbaycanla münasibətlərə xüsusi önəm verəcək. Bəzi politoloqlar deyirdi ki, “boş yerə ümidlənməyin, Pezeşkian İran molla rejiminin yeni fiqurudur və sadəcə gözdən pərdə asmaq üçün “seçilib”... Görünən odur ki, ikincilər fikirlərində haqlı çıxdılar. Məsud Pezeşkianın seçilməsi də İran-Azərbaycan münasibətlərində bir dəyişikliyə səbəb olmadı. Hətta Məsud Pezeşkian COP29-da iştirak etməməklə bir dha sübut etdi ki, “çox da ümidlənməməlisiniz”...Bəs İran Azərbaycanla münasibətləri niyə gərginləşdirməyə çalışır?

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına bildirib ki, İran fars-molla rejimi Azərbaycanla münasibətləri hər zaman gərginləşdirməyə çalışıb. Bunun tarixi səbəbləri var: “Onlar bilirlər ki, güclü Azərbaycan ortaya çıxarsa, İran Azərbaycanın istəklərinə baş əyməyə məcbur qalacaq. Artıq Azərbaycanla təhdid dilində danışa bilməyəcək. Ona görə də İran bu gərginliyin səngiməməsində qərarlıdır və zaman keçdikcə də, onun artırılması yönündə hər tərəfli iş aparır”.

Sadiq İsabəyli

Sadiq İsabəylinin fikrincə, elə Azərbaycan-İsrail münasibətlərini bəhanə etmə siyasəti də onların bu yanaşmasından irəli gəlir: “Azərbaycan və İsrail arasındakı strateji tərəfdaşlıq İranı qıcıqlandırır və İranın İsrailə qarşı ideoloji düşmənçiliyini zəiflədir. Bu səbəbdən də, rejim bu münasibətləri pozmaq üçün bütün imkanlarından istifadə edərək, Azərbaycana zərbə vurmaq istəyir. Bu rejim hətta başqa dövlətlərin media və digər imkanlarında istifadə edərək, Azərbaycana təzyiq siyasəti tətbiq etməyə çalışır”.

Sadiq İsabəyli qeyd edib ki, artıq Azərbaycanın müstəqil siyasəti bütün dünyaya bəllidir: “Azərbaycan Qərblə, Türkiyə və hətta Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirməkdə təşəbbüskar müstəqil siyasət yürüdür, böyük regional və qlobal nailiyyətlər əldə etməkdədir. Bu da İranın regiondakı ideoloji, qorxu və terrora söykənmiş mövqeyini zəiflədir. Artıq İran anlamağa başlayır ki, Azərbaycanı öz təsir dairəsində saxlamaq siyasəti iflasa uğrayıb”-deyən Sadiq İsabəyli hesab edir ki, biz bunu Zəngəzur dəhlizi məsələsində də görəcəyik.

“İran rejimi Azərbaycanın Zəngəzur dəhlizini açmaq cəhdlərini öz iqtisadi və strateji maraqlarına təhdid kimi görsə də Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi bir daha sübut edəcək ki, İran rejiminin bu siyasəti də uğursuz olub. Digər tərəfdən Güney Azərbaycan məsələsi var. İran fars-molla rejimi Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli oyanışından və Azərbaycan mərkəzli dövlətçiliyə bağlılığın güclənməsindən ciddi şəkildə təşvişə düşüb. Bu səbəbdən, fars rejimi Azərbaycanı özünün “daxili sabitliyi üçün təhlükə” olaraq görür. Elə buna görə də, Azərbaycanın daxili və xarici siyasətinin uğurlu olmasını, güneylilərin bundan xəbər tutmasını ciddi problem olaraq dəyərləndirir. Amma İrandakı hazırkı böhranlı vəziyyət rejimi ciddi sosial, iqtisadi və siyasi problemlərə üz-üzə qoyub. Artıq deyə bilərik ki, ABŞ-ın sanksiyaları və daxili korrupsiya İranın iqtisadi vəziyyətini çox ağır duruma salıb. İnsanlar işsizlik, yüksək inflyasiya və valyuta böhranı ilə üz-üzədir. Etirazlar getdikcə yüksələn bir xətlə irəliləyir və bu prosesdə orada yaşayan qeyri-fars millətlərin güclənən milli hərəkatları özünü ciddi şəkildə göstərir. İranın qeyri-fars əhalisi, xüsusilə də türklər, öz haqlarının tanınmasını açıqca və sivil yollarla tələb edir və rejim bu tələbləri inkar edə bilmir”-deyə Sadiq İsabəyli bildirib.

Sadiq İsabəylinin fikrincə, bütün bu perspektivlər İranın Azərbaycanla bağlı ittihamları və təhdid edici ritorikası onun həm daxili zəifliyini, həm də regional təsirinin azaldığını göstərir. Azərbaycan öz güclü tərəfdaşları ilə (Türkiyə, İsrail və Qərb) müstəqil siyasət yürütməkdə davam edir. Siyasi şərhçi hesab edir ki, bu vəziyyətdə İran təzyiq göstərməyə çalışsa da, Azərbaycan iqtisadi və geosiyasi baxımdan üstün mövqedədir və İranın bu cür davranışları onun beynəlxalq arenada daha da təcrid olunmasına səbəb olacaq.

“Azərbaycan özünün düşünülmüş diplomatiyasına davam etməli, beynəlxalq tərəfdaşları ilə əlaqələrini gücləndirməlidir. Bu yolla, İran rejiminin bütün təhdidlərinə qarşı Azərbaycan güclü mövqe ortaya qoya bilər və o təhdidləri səmərəsiz edərək beynəlxalq arenada onu yeni bir fürsətə çevirə bilər”-deyə Sadiq İsabəyli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri