Icma.az
close
up
RU
Azərbaycan Rusiyanın bütün siyasi və iqtisadi təzyiq kartlarını mərhələ mərhələ neytrallaşdırmağı bacarıb

Azərbaycan Rusiyanın bütün siyasi və iqtisadi təzyiq kartlarını mərhələ mərhələ neytrallaşdırmağı bacarıb

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Rusiya Azərbaycanı əslində 2 il öncə itirib”. İranın “Mehr” xəbər agentliyi Rusiyanın Azərbaycana qarşı atdığı addımlar və bunun nəticələri ilə bağlı təhlil materialı dərc edib. “Qafqaz böhran astanasındadır; Moskva ilə Bakı arasındakı gərginlik nə qədər davam edəcək?” başlıqlı yazıda bir sıra detallara toxunulub.Agentlik dərc etdiyi məqaləsində qeyd edir ki, mövcud vəziyyət ikitərəfli münasibətlərin və Qafqaz regionunun gələcəyini qeyri-müəyyənliyə sürükləyib. “Diplomatik mübahisələrdən tutmuş media toqquşmalarına, hərbi insidentlərdən tutmuş təhlükəsizlik toqquşmalarına qədər bütün bunlar iki ölkə arasında münasibətlərdə dərin və genişlənən çatlardan xəbər verir”. Agentlik yekunda əlavə edib ki, iki ölkə arasında münasibətlər “idarə olunan rəqabət” dövrünə qədəm qoyacaq.

Siyasi ekspert Əli Zülfüqaroğlu məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan nəinki Rusiya, ümumiyyətlə bütün dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan siyasətin tərəfdarı olub. Politoloqun sözlərinə görə, Azərbaycan bu yanaşmasını bütün mərhələlərdə praktiki olaraq sübut edib: “Bu səbəbdən də Azərbaycan istənilən dövlətlə əlaqələr qurarkən və əməkdşlıq edərkən bu prinsipləri prioritet sayır. O cümlədən də Rusiya ilə. Ona görə də düşünürəm ki, hazırki geosiyasi böhran şəraitində dövlətlərarası münasibətlər sistemində səmimi diaoloq, güvən və qarşılıqlı hörmət əsas şərtdir”.

Əli Zülfüqaroğlu

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, Rusiyada müəyyən qüvvələr iki ölkə arasındakı münasibətləri pozmağa yönəlik addımlar atdılar və bu sistemli xarakter daşıyır: “Rusiya ərazisində “AZAL”a məxsus sərnişin təyyarəsinin Rusiya hava hücumunda müdafiə qüvvələri tərəfindən vurulması, daha sonra Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması, eyni zamanda azərbaycanlı miqrantlara qarşı vəhşi münasibət proseslərin birmənalı olaraq siyasi məqsəd daşıdığını və idarə olunduğunu deməyə əsas verir. Təbii ki, Azərbaycan da adekvat addımlar atır”.

Siyasi ekspert qeyd edib ki, Rusiya kimi imperiya düşünücəsini xarici siyasi kursa çevirməyə çalışan dövlətlər artıq bumeranq effekti ilə qarşılaşırlar: “Qlobal böhran dünyada yeni geosiyasi mənzərə formalaşdırıb və bu şəraitdə imperialist dövlətlər ənənəvi siyasət yürütmə potensiallarına sahib deyillər. Rusiya hazırda ciddi təhdidlərlə üz-üzədir. İmperiya düşüncəsi doğru təhlil və proqnozlaşdırmaya imkan vermir və belə olan halda, ciddi siyasi səhvlər ortaya çıxır. Bütün bunlara rəğmən, Rusiya daxilində bu yanlış siyasi kursun davam etməsində maraqlı olan qüvvələr var”.

Əli Zülfüqaroğlu bildirib ki, Azərbaycan Rusiyanın Azərbaycana qarşı təzyiq kartlarını mərhələ-mərhələ neytrallaşdırmağı bacarıb: “Torpaqlarını işğaldan azad edib, separatizmi aradan qaldırıb və təsir imkanlarını genişəndirib. Yaranmış geosiyasi böhrandan istifadə edərək Türkiyə ilə strateji müttəfiqliyini ən yüksək səviyyəyə çatdırıb. “Şuşa Bəyannaməsi”nin imzalnaması ilə gələcək təhdidlərin qarşısının alınmasına yönəlik önəmli və tarixi addım atıb. Təbii ki, Azərbaycanın ağıllı siyasəti, artan hərbi gücü və getdikcə genişlənən diplomatik manevr imkanları Fransa kimi, Rusiya və İranı da narahat edir. Artıq gecdir və yeni geosiyasi reallıqlar var. Bu da Azərbaycana əlavə imkanlar verir. Ona görə də düşünürəm ki, İran və Rusiya nə qədər ki, Azərbaycanın güclənməsini özlərinə təhdid kimi görəcək və bunun qarşısını almağa yönəlik siyasət yürüdəcəklər, yalnız özlərinə zərər verəcəklər. Eyni zamanda heç bir nəticəyə nail ola bilməyəcəklər. Azərbaycanla sağlam münasibətə, səmimi dialoq mühiti və tərəfdaşlığa üstünlük verən dövlətlər adekvat reaksiya görəcək və dividentlər əldə edəcklər”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Avqust 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri