Icma.az
close
up
RU
İRAN REJİMİNİN “ƏXLAQ ÇÖKÜŞÜ” Şəmxaninin qızının toyu gündəm oldu + VİDEO

İRAN REJİMİNİN “ƏXLAQ ÇÖKÜŞÜ” Şəmxaninin qızının toyu gündəm oldu + VİDEO

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xameneinin baş məsləhətçisinin qızına etdiyi toy hakim rejimin riyakarlığı və ikiüzlüyünü göstəriri

Qatı anti-Azərbaycan, ermənipərəst, mühafizəkar mövqeyilə tanınan İranın Ali Dini lideri Əli Xameneinin baş məsləhətçisi Əli Şəmxani ötən il qızına əsl Avropa qaydalarına uyğun toy edib. Həmin toyun görüntüləri bu gün yenidən İran ictimaiyyətinin gündəminə qayıdıb. Bu da onunla əlaqədardır ki, hakimiyyət son günlər əhaliyə müxtəlif mühafizəkar tələblərə əsaslanan çağırışlar edir, əxlaq polisinin genişləndirilməsilə bağlı addımlar atır.

“AzPolitika” xəbər verir ki, Şəmxaninin qızının yenidən gündəmə gətirilən toyu sosial şəbəkələrdə, mediada, İran əhalisi arasında böyük əks-səda doğurub və müzakirələrə səbəb olub. Toy mərasimi Tehranda yerləşən bahalı otellərdən birində baş tutub. Sosial şəbəkələrdə paylaşılan videolarda bahalı, elit həyat tərzi, mərasimdə gəlin başda olmaqla bəzi qadınların açıq, sərbəst geyim və musiqi müşayiəti diqqət çəkib. Videodan göründüyü kimi, Şəmxaninin özü də “pis geyinməyib” və sanki bircə boğazının “kəpənəyi” çatmır…
Bu mənzərə İran ictimaiyyətində, xüsusən də hicab qaydalarına ciddi əməl edilməsinin tələb olunduğu nəzərə alınmaqla, geniş narazılıq yaradıb.

Qeyd edək ki, Əli Şəmxani rejimin “açar fiqurlarından biri” hesab olunur. İsrailin İrana son hücumu zamanı "hədəf alınan" şəxslərdən birinin də Şamxani olduğu iddia edilirdi. Hətta onun məhv edildiyi barədə xəbərlər yayılsa da, sonradan sağ qaldığı məlum olmuşdu. Kim bilir, bəılkə də İran hakimiyyətində İsrailə xidmət edənlərdən biri də məhz odur... 

Kontr-admiral hərbi rütbəsi daşıyan Şəmxani 1997—2005-ci illər arasında İranın Müdafiə naziri olub. 2023-cü ilin may ayından etibarən İranın Ali Rəhbərinin yanında fəaliyyət göstərən Məqsədliliyi Müəyyənetmə Şurasının üzvü və Xameneinin siyasi müşaviridir.

Müqayisə bir qədər qeyri-adi alınsa da, Şəmxaninin qızının toyu Ramiz Mehdiyevin pandemiyanın ən kəskin dövründə, bütün ölkə sərt karantin qaydaları ilə yaşadığı bir vaxtda nəvəsinə təmtəraqlı toy etməsini xatırladır. Həmin halda olduğu kimi, Şəmxanini qızına bu cür toy etməsi də bir növ hakimiyyətdə yüksək vəzifə tutanların heç bir qanun tanımamasının, ayrıseçkilik, ikitirəlilik, harınlıq və varlı-kasıb fərqinin açıq təzahürü kimi qəbul olunur…

İran əhaisinin böyük hissəsi hesab edir ki, sıravi insanlar üçün hələ də ciddi hicab qadağasının və digər mühafizəkar tələblərin qüvvədə olması fonunda Xameneinin ən yaxın adamlarından birinin bu cür toy etməsi hakim rejimin riyakarlığı, ikiüzlüyü və saxtakarlığıdır.

Bu mənzərə həm də İran rejiminin daxildən çürüməsinin göstəricisi sayılır. Belə ki, Şəmxaninin Ali Rəhbər Xameneinin razılığı və xeyir-duası ilə, yoxsa özbaşına bu cür toy etməsi sualı açıq qalır. Ancaq çoxları bunu rejimdəki başıpozuqluğun və rerjimin ali nümayəndələrinin “qara camata”dan fərqli, təmtəraqlı, varlı, lyuks həyat tərzi keçirməsinin növbəti təzahürü və bunu gizlətmək belə istəməməsinin göstəricisi hesab edirlər.

Bahalı malikanələr, təmtəraqlı məclislər, lyuks həyat tərzi, böyük ailə biznesləri və s. dünyasında yaşayan elita sıravi insanlardan mühafizəkar dini tələblərə və qaydalara riayət edilməsini tələb edir, bu tələbləri pozanları cəzalandırır, həbs edir və s.

Sosial şəbəkələrdəki müzakirələr göstərir ki, Şəmxaninin özü hakim rejimin ən qatı mühafizəkar və qəddar şəxslərindən biri olduğu halda, qızının bu cür geyimdə görünməsi İran əhalisində də ikrah və hiddət doğurur. Çünki bu cür geyimdə insan arasına çıxan istənilən iranlı qadın dərhal cəzalandırılardı. Lakin bu qaydalar hakim rejimə aid deyil və İran əhalisi bunu çoxdan bilir…

Şəmxaninin qızının toyu sadəcə, sərvət, qızıl-zinət əşyaları, varlı həyat tərzi nümayişi deyil, həm də hakim İran rejiminin və ona bənzər hakimiyyətlərin bütünlükdə reallıq, utanc hissini itirməsinin, öz yazdığı qanunlardan necə asanlıqla kənara çıxmağa alışmasının göstəricisidir. Bu isə onsuz da geridə qalmış, paslanmış İran rejimin idarəçiliyindən bezən əhalinin hakimiyyətə qarşı hiddət və narazılığını daha da artırır. Tarix də göstərir ki, məhz bu cür hadisələr böyük inqilabların alovlanmasına səbəb olan qığılcım rolunu oynaya bilir…

C.Məmmədli

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri