Icma.az
close
up
RU
Tarix dərsi:Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi?Fərid Şahbazlı yazır

Tarix dərsi:Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi?Fərid Şahbazlı yazır

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Çox qısa – iki həftədən də az bir müddətdə çürük Suriya rejimi çökdü.

Suriya xalqı Bəşər Əsəd və atası Hafiz Əsədin təqribən yarım əsrlik dövrünü tarixin xarabalaqlarına gömdü. Əsədin tərəfdarları – İran, Rusiya, “Hizbullah” zəiflədiyindən ona dəstək verə bilmədilər. Və o, arxasında çox ağır bir sosial, iqtisadi, mənəvi miras buraxaraq Rusiyaya qaçdı…

Bəşər Əsəd 2000-ci ildən Suriyanı idarə edirdi. O, 2011-ci ildə ölkədəki dinc etirazları vəhşicəsinə yatıraraq, yarım milyondan çox insanın ölümünə və 12 milyon insanın evlərini tərk etməsinə səbəb olan dağıdıcı vətəndaş müharibəsinə səbəb olmuşdu. Ümumiyyətlə “kiçik Əsəd” də atası kimi xalqına qarşı həddindən artıq qəddar və repressiv idi. Bu səbəbdən Suriya xalqı onilliklərdən bəri qorxu və panika içində yaşayıb.

Türklərə, azərbaycanlılara patoloji nifrəti olan Bəşər Əsədin ermənilərə həmişə xüsusi simpatiyası olub. Əsəd rejimi ikinci Qarabağ müharibəsində məhz Ermənistanı dəstəkləyib. 2020-ci ildə onun dirijor çubuğu ilə idarə olunan Suriya parlamenti erməni soyqırımını tanıyan qətnamə qəbul edib.

“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı dəstəkləyirik” – bu sözləri Bəşər Əsəd ötən ilin noyabrında Ermənistan parlamentinin vitse-spikeri Hakop Arşakyanla görüşündə demişdi. Buna görə də onun rejiminin süqutu erməniləri də əməlli-başlı təşvişə salıb. Çünki İrəvan rejiminin əsas havadarlarından biri də tarixin zibilliyinə atıldı.

Bu da son deyil. Terrorçu Nubar Ozanyanın adı çökmüş Əsəd rejiminə çox doğmadır. Ozanyan Türkiyənin Marksist-Leninist Kommunist Partiyasının (Türkiyə Komünist Partisi) döyüşçü qanadı olan Türkiyənin Fəhlə və Kəndli Azadlıq Ordusunun (Türkiyə İşçi Köylü Kurtuluş Ordusu, qısaldılmış adı TİKKO) komandirlərindən biri olub. O, 1988-1990-cı illərdə Fələstində, 1992-ci ildə Qarabağda, 2014-cü ildə İraq Kürdüstanında, 2015-ci ilin iyulundan Suriyanın şimal-şərqində tərkibində ABŞ tərəfindən Türkiyə əleyhinə yaradılmış terrorçu YPG sıralarında döyüşlərdə iştirak edib. 2017-ci il avqustun 14-də isə “İslam Dövləti”nə (İŞİD) qarşı döyüşlərdə öldürülüb.

Hazırda Suriyada bu terrorçunun adını daşıyan “Nubar Ozanyan batalyonu” adlı erməni silahlı birləşməsi fəaliyyət göstərir. Son illərdə bu batalyon Əsəd rejiminə bağlı hərbi qruplaşmalara qarşı mübarizə aparan Türkiyəyə və türklərə qarşı terror aktlarında iştirak edirdi. Bu da Suriyadakı erməni diasporunun və Suriya hakimiyyətinin maraqlarına uyğun idi.

Ermənistandakı Paşinyan rejimi Əsəd rejimi ilə əməlli başlı tandem təşkil edib. Paşinyan 2019-cu ildə Suriyaya mina təmizləmə adı ilə 83 nəfərlik kontingent göndərmişdi. Əslində isə bu dəstə Əsəd rejiminə dəstək üçün getmişdi.

İkinci Qarabağ savaşı zamanı da erməni silahlı birləşmələrinin tərkibində Livandan, Suriyadan göndərilən terrorçular vuruşurdu və həmin terrorçular Qarabağa özbaşına gəlməmişdilər. Onları Bəşər Əsəd göndərmişdi…

Bundan əlavə, Bəşər Əsədin Suriyası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həmişə Azərbaycanın maraqlarına qarşı çıxış etməklə, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb və ya qəbul olunan sənədlərə qoşulmayıb.

Yeri gəlmişkən, Qarabağda separatçılıq hərəkatını başladan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da Suriya əsillidir.

“Caliber.Az”ın yazdığı kimi, onun atası Akop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının yaradıcılarından biri olub. Suriyada ənənəvi erməni terror qruplaşmalarının yerli qurumları – “Daşnaksütyun” və “Hınçak” Bəşər Əsəd rejimində çox rahat və çox komfort fəaliyyət göstəriblər. Halbuki, onların üzvləri zaman-zaman türk diplomatlarına qarşı Avropanın müxtəlif şəhərlərində terror aktları törədiblər.

Bir sözlə, guya müsəlman olan bu adam, əslində müsəlmanların düşməni, Suriya xalqı başda olmaqla bütün müsəlman xalqların üz qarası idi. Gec də olsa İlahi ədalət öz yerini tutdu, param-parça olmuş Suriya xalqının ah-naləsi, duaları ünvanına yetişdi.

Ümüd edək ki, yeni hakimiyyət bütün xalqı öz ətrafında toplamaqla, öz gələcəyini bəşəri və İslami dəyərlər üzərində qurmaqla, bütöv, güclü və demokratik Suriyanın yeni tarixinin ilk səhifələrini yazacaq.

Türkiyə və Azərbaycan artıq həmin dövlətin yanında olacaqlarını bəyan ediblər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Dekabr 2024 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see278

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see231

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see218

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see181

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see179

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see149

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see143

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see135

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see131

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see130

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see129

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see118

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri