İran səfiri Böyük Britaniya XİN in iddiasını rədd edib
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi oktyabrın 12-də krallığın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Stiven Douti ilə görüşündə ölkəsinin "Feyrford" aviabazası ətrafında baş vermiş insidentlə hər hansı əlaqəsini rəsmən və qəti şəkildə rədd edib.
Bu barədə ISNA məlumat yayıb.
"İran İslam Respublikası bundan əvvəl də İngiltərədən Tehrana qarşı tələsik mövqelər tutmaqdan və sübut olunmamış iddialar irəli sürməkdən çəkinməsini istəyib", - məlumatda bildirilib.
Xatırladaq ki, Böyük Britaniya Tehranı ölkənin təhlükəsizliyinə təhdidlər yaratmaqda ittiham edərək İran səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
Bundan başqa, 29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər. Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Feyrford" aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bildiriblər.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 12 Oktyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















