İran səfiri demarkasiya prosesindən danışdı
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi Ermənistan-İran sərhədinə təsir edə bilməz.
"Unikal" xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.
"Bizimlə Ermənistan arasında sərhəd çox aydındır. Dövlət sərhədinin dəqiqləşdirilməsi üçün Ermənistanla Azərbaycan arasında aparılan dialoqlar heç bir şəkildə Ermənistan-İran sərhədinə təsir edə bilməz", - səfir deyib.
İran hesab edir ki, demarkasiya prosesi regionda sülhün əldə olunması istiqamətində atılan yeni addımdır. Səfir bunun Alma-Ata Bəyannaməsinə və beynəlxalq qaydalara əsaslandığını vurğulayıb: "Rəsmi Tehran əmindir ki, proses qeyd olunan prinsiplərə uyğun aparılarsa, bu, təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verəcək".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 Fevral 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















