İran Səudiyyə Ərəbistanına hücumlarla bağlı ittihamları rədd edib
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran Səudiyyə Ərəbistanının müdafiə nazirinin Tehranın krallığa qarşı həyata keçirilən hücumlarla əlaqəli olması barədə iddialarını təkzib edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın dövlət televiziyası məlumatlı hərbi mənbəyə istinadən xəbər yayıb.
Mənbə bildirib ki, digər ölkələrdən Səudiyyə Ərəbistanındakı hədəflərə atılan raket və mərmilərin İran İslam Respublikası ilə əlaqələndirilməsi həqiqəti əks etdirmir.
Hərbi mənbənin sözlərinə görə, regionda ABŞ-ın maraqlarına qarşı atılan istənilən addımın avtomatik olaraq İranın üzərinə qoyulması ciddi yanlış qiymətləndirmədir və bölgədəki vəziyyət barədə kifayət qədər məlumatlı olmamağın göstəricisidir.
Bu mövzuda digər xəbərlər:İraq Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır
12 Sentyabr 2026 14:55
İran Səudiyyə Ərəbistanına hücum edib
18 May 2026 10:52
İran Səudiyyə Ərəbistanına dron hücumu etdi
06 Aprel 2026 11:01
Ərdoğan Səudiyyə Ərəbistanına gedib
11 Noyabr 2024 10:48
Tokayev Səudiyyə Ərəbistanına gedib
03 Dekabr 2024 21:25
Baxış sayı:134
Bu xəbər 29 İyul 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















