İran Silahlı Qüvvələri: Rəisinin olduğu helikopterin qəzaya uğramasına səbəb əlverişsiz hava olub
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İranın keçmiş prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı heç bir fərziyyə sübut olunmayıb".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya Mərkəzi bəyanat yayıb.
Bildirilir ki, İbrahim Rəisinin və onu müşayiət edən hökumət rəsmilərinin həlak olmasının səbəbi ilə bağlı hər hansı şübhənin ortaya atılması qəbuledilməzdir.
"Məsuliyyətsiz şərhlər məlumatsızlıqdan, ya da konkret məqsəd və qərəzdən irəli gəlir. Helikopterin qəzaya uğramasına səbəb sırf bölgədə mürəkkəb hava və coğrafi şərait olub. Fərziyyələrin heç biri, o cümlədən texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış, elektron müharibə və s. versiyalar sübuta yetirilməyib", - deyə İran SQ-nin Baş Qərargahından vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















