İran SSRİ ni işğalçılıqda ittiham etdi
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
“Biz bir cəmiyyət və millət olaraq həmişə hazır vəziyyətdə olmalıyıq, çünki gərgin bir bölgədə yaşayırıq”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İkinci Dünya müharibəsi zamanı ölkəmiz iki dəfə işğal olundu. Dünya müharibəsində təslim olmaqdan başqa nə etdik? 1946-cı ildə İran hələ də işğal altında idi və həmin il BMT Təhlükəsizlik Şurasının ilk qətnamələri İranla bağlı oldu ki, Sovet qoşunları (SSRİ - red.) ölkədən çıxsın. Amma orada da Rusiyanı qınamadılar.
Sonra - 1953-cü ildə nə etdilər? Şahı apardılar, oğlunu gətirdilər. Elə bir bölgədəyik ki, həmişə hazır olmalıyıq”, - o bildirib.
İsmayıl Bəqayi qeyd edib ki, bölgədə qüvvələr balansı pozularsa, İrana qarşı çoxsaylı təhlükələr üzə çıxacaq. İranlı diplomat bu kontekstdə ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi bazlarını misal göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















