Icma.az
close
up
RU
İran süni yolla yağış yağdıracaq: Azərbaycan nəyə hazır olmalıdır?

İran süni yolla yağış yağdıracaq: Azərbaycan nəyə hazır olmalıdır?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son dövrlərdə iqlimdə baş verən kəskin dəyişikliklər artıq öz mənfi təsirlərini göstərir. İqlimdə 1,5 dərəcə selsi temperatur artımı baş verib. Artım 2 dərəcə selsiyə doğru davam edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib. 
O bildirib ki, 2016-cı ildə Parisdə BMT-nin iqlim dəyişiklikləri üzrə Konvensiyası çərçivəsində böyük bir konfrans keçirildi:
"Ölkələr iqlimdə baş verən dəyişiklikləri dayandırmaq üçün öhdəlik götürdülər.
Məqsəd temperaturun 2 dərəcə selsini aşmasına imkan verməmək idi. Bütün bunlar qlobal istiləşmə ilə bağlıdır. Metan qazının, azot oksidlərinin və digər zərərli qazların artmasının əsas səbəbləri sənaye fəaliyyəti ilə bağlıdır.
Artıq bu proseslər öz mənfi təsirlərini göstərir. Dağ zirvələrindəki qarlar, buzlaqlar əriyir. Temperatur gah artır, gah azalır. Yəni kəskin iqlim dəyişiklikləri artıq özünü biruzə verir. Bir ay isti keçir, növbəti ay soyuq keçir. Qış aylarında isti olur, sonra yenidən soyuq günlər yaşanır".
Ekoloq deyib ki, fəsillərin yeri dəyişir bu da müəyyən qədər öz fəsadlarını göstərir:
"Yağışın illik norması var. Azərbaycan və üçün bu rəqəm 150-200 millimetrdir.
Dağətəyi zonalarda 200-300 millimetr təşkil edir. Aran zonalarında 200-250 millimetrdir. Lənkəran Astara zonasındakı göstəricilər isə daha yüksəkdir.
Bu ərazidə yağışın illik norması 600-800 millimetrdir. Son vaxtlar yağışların yağması sürətlənərək bir neçə gün ərzində illik normanı aşır. Bu da iqlimdə baş verən kəskin dəyişikliklərin nəticəsidir. İranda baş verən hadisələr də həmin dəyişikliklərin göstəriciləridir. Uzun müddətdir ki, İranda yağışların miqdarı xeyli azalıb. Buna baxmayaraq, məlumatlara görə İranda süni yağış yaradılmasına hazırlaşırlar".
Onun sözlərinə görə, bu metod artıq bir müddətdir tətbiq olunur:
"Gümüş oksidi bir çox ölkələrdə tətbiq edilir. Onun nano hissəcikləri atmosferin yuxarı qatlarında dronlar vasitəsilə səpilərək buludları müəyyən nöqtədə toplamağa imkan verir.
Bu proses su buxarının toplanması prinsipi ilə işləyir. Nəticədə istənilən bir yerdə yağış yağdırmaq mümkün olur. Lakin bu qeyri-təbii üsul olduğundan bəzi ölkələrdə ciddi fəsadlara səbəb olub.
Buna görə də tətbiq edildiyi zaman ciddi risklərlə qarşılaşılır. Ümid edirik ki, həm Azərbaycanda, həm də İranda yağışlar yağacaq. Bu problemlər müəyyən qədər azalacaq.
Lakin iqlimdə baş verən dəyişikliklər göstərir ki, belə gözlənilməz və qeyri adi hava hadisələrinə hazır olmağın vaxtı artıq yetişib".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri