Icma.az
close
up
RU
İran turizminə ağır zərbə

İran turizminə ağır zərbə

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyi yeni qərar qəbul edərək xarici turistlərin ölkəyə təkbaşına səyahətini qadağan edib.

Bundan sonra İrana gedəcək hər bir əcnəbi yalnız rəsmi turizm agentliyi ilə müqavilə bağlamaq, hotel rezervasiyası və tam səyahət marşrutu təqdim etməklə, həm də lisenziyalı bələdçi müşayiəti ilə hərəkət edə biləcək.

Viza almaq üçün əlavə şərtlər

Yeni qaydalara əsasən, viza müraciətçilərindən aşağıdakılar tələb olunacaq:

• Sosial media hesablarının ünvanı və şəxsi məlumatlar

• Rəsmi turizm agentliyi ilə müqavilə

• Hotel rezervasiyasının təsdiqi

• Tam səyahət marşrutu

• Lisenziyalı bələdçi ilə müşayiət olunma sənədi

• Ərizəçinin CV-si, təhsil və səyahət tarixçəsi

Eyni zamanda, İran səfirlikləri ərizələrin araşdırılması üçün 2-3 həftə vaxt tələb edəcək.

İran rəsmiləri bildirir ki, bu addım İsraillə 12 günlük müharibədən sonra gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tərkib hissəsidir. Hökumət təhlükəsizliyin əsas prioritet olduğunu bəyan etsə də, rəqəmlər əksini göstərir. Müharibədən sonra ölkəyə gələn turistlərin sayı 53% azalıb.

Turizm İran iqtisadiyyatının əsas gəlir mənbələrindən biri olmasa da, hər il yüz minlərlə turist ölkəyə valyuta axını təmin edirdi. Sərtləşdirilən viza qaydaları isə bu axını daha da zəiflədə bilər. Çünki təkbaşına səyahət edən turistlər İrana getməkdən imtina edəcək, turizm agentlikləri ilə əlavə xərclər qiymətləri bahalaşdıracaq, bələdçi məcburiyyəti səyahət azadlığını məhdudlaşdıracaq. Beləliklə, sərt rejim yalnız təhlükəsizliklə bağlı deyil, həm də iqtisadi zərbə kimi dəyərləndirilə bilər.

Ekspertlərin fikrincə, İranın atdığı bu addım ölkəni Qafqaz, Türkiyə, BƏƏ və Orta Asiya kimi rəqib turizm mərkəzlərindən daha da geri salacaq. Turistlər artıq vizasız və ya asan viza proseduru olan ölkələri seçir. Bu baxımdan, İranın turizm sektorunda uzunmüddətli tənəzzül riski getdikcə artır.

İranın sərtləşdirilmiş viza siyasəti təhlükəsizlik arqumenti ilə əsaslandırılsa da, əslində ölkənin onsuz da zəifləmiş turizm sənayesini çətin vəziyyətə salacaq. Dünya üzrə sərbəst səyahət trendinin sürətlə yayıldığı bir vaxtda belə qadağalar yalnız turistlərin marağını daha da azalda bilər.

Leyla Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see458

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see431

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see368

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see225

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see223

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see221

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see211

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see205

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see196

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see188

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see180

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see175

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see173

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see169

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see167

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see166

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see165

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see164

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see161

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri