Icma.az
close
up
RU
İran uranı zənginləşdirməyə davam edəcək Tehran Trampın tələbindən boyun qaçırır

İran uranı zənginləşdirməyə davam edəcək Tehran Trampın tələbindən boyun qaçırır

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın nüvə fəaliyyətləri ilə bağlı ABŞ-nin narahatlığını azaltmağa hazır olduğunu, lakin uranın zənginləşdirilməsindən imtinanın müzakirə mövzusu olmadığını deyib.

“AzPolitika” xatırladır ki, bu açıqlama Vaşinqton və Tehran, danışıqların ikinci raunduna hazırlaşdığı vaxtda gəlib.

Aprelin 16-da Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Əraqçı bildirib ki, uranın İran tərəfindən zənginləşdirilməsi real, qəbul edilmiş məsələdir.

"Biz mümkün narahatlıqlara cavab olaraq etimad yaratmağa hazırıq, amma zənginləşdirmə prinsipi danışıqlar mövzusu deyil", - nazir bildirib.

İranın ali dini rəhbəri Əli Xamenei Tehran və Vaşinqton arasında nüvə müzakirələrinin davam etdirilməsini dəstəkləyib. Amma o, həftəsonu ikinci raundu keçiriləcək danışıqlar barədə həddindən artıq optimist və ya pessimist olmadığını deyib.

Aprelin 15-də İran hökumətinin yüksək vəzifəli üzvləri ilə görüşündə Xamenei bildirib ki, iranlı danışıqçılar ehtiyatlı davranmalıdır. Bu, İran və ABŞ arasında danışıqların başlanmasından sonra məsələ ilə bağlı onun ilk ictimai şərhidir.

"Danışıqlara girməklə bağlı qərar verildi və ilk addımlar uğurla atıldı. İrəliləyərək, diqqətli hərəkət etməliyik. Bizim və qarşı tərəfin qırmızı xətləri aydın şəkildə müəyyən edilib", - İranın ali dini rəhbəri deyib.

"Danışıqlar nəticə verə də bilər, verməyə də bilər. Biz bu danışıqlara nə çox optimist, nə də çox pessimist baxırıq. Təbii ki, digər tərəfə çox pessimist, amma öz imkanlarımıza nikbin yanaşırıq", - o əlavə edib.

Nüvə danışıqlarında ABŞ-ni Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edir. O bildirib ki, istənilən razılaşma İranın nüvə zənginləşdirməsini və silahlanma proqramını dayandırmağı ehtiva edir. "İranla razılaşma, yalnız bir Tramp razılaşması olarsa, tamamlanacaq. Hər hansı yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və rifah üçün bir çərçivə yaratmalıdır - yəni İran öz nüvə zənginləşdirmə və silahlanma proqramını dayandırmalı və aradan qaldırmalıdır", - xüsusi nümayəndə Uitkoffun ofisinin rəsmi X hesabında onun adından paylaşılan açıqlamada vurğulanıb.

O əlavə edib ki, davamlı olacaq sərt, ədalətli bir razılaşma dünya üçün də vacibdir və "Prezident Trampın məndən tələb etdiyi də budur".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri