Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“İran və Rusiya ilə infrastrukturun genişləndirilməsi...

“İran və Rusiya ilə infrastrukturun genişləndirilməsi...

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vüqar Bayramov: “Region ölkələrinin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq”

Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmiryolunun Rəşt-Astara hissəsinin tikintisinin davam etdirilməsi, nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

“Xalq Cəbhəsi” Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini ekspertlərlə müzakirə edib.

Nəqliyyat Dəhlizinin genişlənməsi prioritet istiqamət kimi

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsində maraqlıdır və Şimal-Cənub Nəqliyyat Dəhlizinin genişlənməsi də əsas prioritetlərdən biridir: “Biz bu istiqamətdə mütəmadi olaraq məsləhətləşmələr və görüşlərin keçirilməsini müşahidə edirik. Azərbaycan Rusiya və İranla iqtisadi, eləcə də infrastruktur və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə daşınan yüklərin həcmində artımların olacağı proqnozlaşdırılır və artıq belə bir artımlar da var. Bu nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin həcmi artırılıb. Xüsusən də Rusiyadan başlayaraq Azərbaycan İran vasitəsilə daha çox yüklərin daşınmasına imkan yaradacaq”.

“Bu dəhliz vasitəsilə illik 5 milyon tondan artıq yük daşınacaq”

V.Bayramovun bildirdiyinə görə, artıq rəsmi statistika göstərir ki, bütövlükdə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərindən daşınan yüklərin həcmində 9 faizə yaxın artım olub: “Eyni zamanda, gözlənti ondan ibarətdir ki, bu dəhliz vasitəsilə 3 ildən sonra illik olaraq 5 milyon tondan artıq yük daşınacaq. Bu da ondan xəbər verir ki, məhz İran və Rusiya ilə infrastrukturun genişləndirilməsi istiqamətində aparılan əməkdaşlıq nəticə etibarı ilə region üzərindən daha çox yüklərin daşınmasına və təbii ki, region ölkələrinin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq”.

“Dəhlizin açılması ehtimalı yüksəkdir”

Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib ki, Azərbaycanın ortaq tarixi keçmişə malik olduğu, hazırda da böyük və ambisiyalı iki qonşusu olan Rusiya və İran arasındakı münasibətləri hər zaman dostluq və qonşuluq çərçivəsində saxlamağa nail olub: “Azərbaycan balanslaşdırılmış siyasət yürüdən, bütün dünya ölkələri ilə normal münasibət saxlamağa çalışan dövlət olsa da bir sıra hallarda bu iki böyük qonşu arasındakı münasibətlər geosiyasi baxımdan onların ortasında olan Azərbaycana müəyyən şəkildə təsir edir. Azərbaycan, Rusiya və İran arasında baş tutan danışıqlarda əsas müzakirə predmeti böyük ehtimalla Şimal-Cənub Nəqliyyat Dəhlizi oldu. Dəhlizin nə zaman tam açılacağı ilə bağlı yekun məsələlərin müzakirəsi aparılıb. Bu, uzunmüddətli prosesdir. Lakin əgər görülən işlər yaxın müddətdə yekunlaşarsa, dəhlizin açılması ehtimalı da yüksəkdir”.

Layihənin mühüm iqtisadi faydaları...

Deputat vurğulayıb ki, bu layihənin həm Rusiya, həm İran, həm də Azərbaycan üçün mühüm iqtisadi faydalar vəd etdiyi də bəllidir: “Hazırda üç ölkə arasında münasibətlər iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf edir. Görüşdə Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu vurğulanıb”.

“Artıq yükdaşımalara başlanılıb”

M.Cəfərov onu da qeyd edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə müəyyən işlər həm Azərbaycan, həm Rusiya, həm də İran tərəfindən görülüb: “Artıq yükdaşımalara başlanılıb. İran tərəfdə əsas problem dəmiryolu şəbəkəsinin zəif olması idi. Hazırda onun yenidən qurulması istiqamətində addımlar atılması da nəzərdə tutulur və bu məsələ həm Rusiya, həm də İran üçün vacibdir”.

“Bu dəhlizə ən çox ehtiyacı olan İran və Rusiyadır”

İqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycan kifayət qədər say və strateji əhəmiyyət baxımından yüksək olan nəqliyyat, kommunikasiya və enerji dəhlizlərinin qovşağında yerləşir: “Bu dəhlizlərin böyük əksəriyyəti ölkəmiz tərəfindən təşəbbüs olaraq irəli sürülüb, sonra həyata keçirilib və Azərbaycan bir çoxunda tərəfdaş olaraq çıxış edib. Rusiya, Azərbaycan və İranın məhz strateji dəhliz olaraq yanaşdığı Şimal-Cənub Dəhlizidir. Bu dəhlizə ən çox ehtiyacı olan isə İran və Rusiyadır. Belə bir ortamda onların təbii ki, Azərbaycanla bu qəbildən münasibətlərə üstünlük verməsi başa düşüləndir”.

“Azərbaycan öz dəhliz infastrukturunu daha üst səviyyədə həyata keçirir”

Onun sözlərinə görə, nəzərə alsaq ki, hər iki ölkə kifayət qədər beynəlxalq sanksiyalar içərisindədir və dəhliz infrastrukturunun qurulmasında digər tərəfdaş ölkələr arasında götürdükləri öhdəliklərin yerinə yetirilməsində bilavasitə bu sanksiyalar öz mənfi təsirini göstərir: “Buna görə də Azərbaycan digər dəhliz tərəfdaşları ilə müqayisədə öz dəhliz infastrukturunu daha üst səviyyədə həyata keçirən, təmin edən ölkədir. Sanksiyalardan əlavə olaraq Rusiyanın apardığı müharibə, İranın bir müddət əvvəl körfəzdə partladılmış limanı və digər geosiyasi risklər Şimal-Cənub Dəhlizi ilə bağlı tərəddüdlü məqamları hələ də aktual saxlayır və açıq suallar qalmaqdadır. Hesab edirəm ki, Şimal-Cənub Dəhlizinin perspektivinin daha yaxşı olması üçün və bu dəhlizin imkanlarından maksimum yararlanmaq üçün İranla qərbin və Rusiya ilə qərbin münasibətlərində normallaşmaya ehtiyac var. Təbii ki, müharibəninin bitməsi də bu şərtlərdən biridir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Oktyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri