İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İranla Rusiya kiçik nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır.
"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Atom Enerjisi Təşkilatı (İAET) açıqlayıb.
"Kiçik modul reaktorlarının inşası üçün Rusiya ilə əməkdaşlıq davam edir və tikinti prosesini sürətləndirmək üçün Moskva ilə protokol imzalanacaq", - İAET-dən bildirilib.
Təşkilatın sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, ölkənin nüvə sənayesi inkişaf edib və hazırda nüvə elektrik stansiyalarının inşası sahəsində özünü təmin edəcək səviyyədədir: "Siyasi təzyiqlər İranın bəzi nüvə layihələrinin planlaşdırıldığı kimi irəliləməsinə mane olub və Əhvazda inşası davam edən Darxovin atom elektrik stansiyası (AES) son müharibə zamanı hədəf alınıb".
Onun sözlərinə görə, Buşehr AES indiyədək təxminən 86 milyon ton çirkləndiricinin emissiyasının qarşısını alıb və 132 milyon barel neft istehlakına qənaət edib:
"Mövcud şəraitdə təmiz enerjinin inkişafına doğru irəliləməkdən başqa çarəmiz yoxdur və nüvə enerjisi bu baxımdan ən mühüm variantlardan biridir. Qlobal miqyasda da ölkələrin bu sektora üz tutduğunun şahidi oluruq", - sözçü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 Oktyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















