İran XİN başçısı Əsədin məğlubiyyətinin səbəblərini açıqladı Hazırda biz orada müxaliflərə dəstək verir və...
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyada müxalif qruplaırn 61 illik Baas rejiminə son qoymasına İran XİN başçısı Abbas Erakçidən maraqlı şərh verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi Suriya təhlükəsizlik qüvvələrinin İdlibdə noyabrın 27-də başlayan "tərpəniş"dən xəbərdar olduğunu, lakin ordunun bu prosesdə ləng davrandığını açıqlayıb.
Suriya ordusunun motivasiyasını itirdiyini deyən Erakçi bildirib ki, burada təbliğat və psixoloji müharibənin rolu çox böyük olub.
İran dövlət kanalına danışan Erakçi iddia edib ki, rəsmi Tehran Suriya hökumətinə həmişə müxalifətlə dinc dialoq qurmağı tövsiyə edib:
"Astana prosesi gərginliyi azaltmaq və iqtidar-müxalifət arasında siyasi dialoqu təmin etmək məqsədi daşıyırdı. Ancaq Əsəd hökuməti islahatlarla bağlı kifayət qədər istəkli olmadı. Nəticə isə bugünki vəziyyətdir".
İran XİN başçısı bildirib ki, İran Suriyada hərbi varlığını davam etdirir: "Biz artıq orada yalnız İŞİD-lə mübarizə ilə fəaliyyətimizi məhdudlaşdırmışıq. Eyni zamanda, Suriyadakı müxalif qruplarına dəstək veririk. Əlbəttə, Suriyanın daxili problemlərinin həlli tamamilə Suriya hökumətinin üzərinə düşən vəzifədir".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















