İran XİN sözçüsü: ABŞ ilə növbəti danışıqlar da Omanda keçiriləcək
Icma.az, 525.az portalına istinadən məlumat verir.
ABŞ ilə İran arasında növbəti birbaşa olmayan danışıqlar Omanın paytaxtı Maskatda keçiriləcək.
525.az “Report” a istinadən xəbər verir ki, bunu İran Xarci İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai aprelin 21-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, danışıqlar nüvə məsələləri və sanksiyaların ləğvinə həsr ediləcək.
İ.Bəqai bildirib ki, BMT Təhlükəsizlik Şurasının iki mühüm üzvü, Çin və Rusiya, eləcə də İranın mühüm dostları və tərəfdaşlarıdır: “Onlar həmişə müzakirələrdə iştirak ediblər”.
Məlumata görə, növbəti, üçüncü görüş aprelin 26-da keçiriləcək. Birinci görüş aprelin 12-də Omanda, ikincisi isə aprelin 19-da Romada keçirilib.
Bu mövzuda digər xəbərlər:İran ABŞ danışıqlarının növbəti mərhələsi aprelin 26 da Omanda keçiriləcək
19 Aprel 2025 19:53
İran XİN rəhbəri ABŞ la danışıqlar öncəsi Omanda görüşlər keçirib
06 Fevral 2026 08:07
Trampın xüsusi nümayəndəsi Omanda İran XİN rəhbəri ilə danışıqlar aparacaq
08 Aprel 2025 11:02
Bu gün Omanda İran ABŞ müzakirələri keçiriləcək
12 Aprel 2025 10:35
İran ABŞ danışıqlarının ikinci raundu Omanda keçiriləcək
07 İyun 2025 07:43
Baxış sayı:127
Bu xəbər 21 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















