Icma.az
close
up
RU
İran XİN sözçüsü vahid məktəbli geyimi ilə bağlı danışdı: Azərbaycanda hicab...

İran XİN sözçüsü vahid məktəbli geyimi ilə bağlı danışdı: Azərbaycanda hicab...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi oktyabrın 20-də keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanda hicabla bağlı tətbiq olanan qaydalara münasibət bildirib.

"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, o, Azərbaycan xalqının müsəlman inanclarının və etiqadlarının əhəmiyyətini vurğulayıb:

"Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır. Öz inanc və etiqadlarını, o cümlədən həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların əhəmiyyət verdiyi hicab məsələsini qorumaqla bağlı onlar ölkələrinin mənafelərini nəzərə alaraq, öz səslərini hökumətə necə və ən yaxşı şəkildə çatdıracaqlarını özləri müəyyənləşdirirlər".

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib:

"Ümid edirik ki, yaxşı münasibətlərimizin olduğu və iki ölkə arasında qardaşlıq və dostluq bağlarının izahata ehtiyac duymadığı bu ölkədə məsələ qarşılıqlı anlaşma, ortaq dəyərlərin nəzərə alınması və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanda hicabla bağlı məhdudiyyətlərə dair açıqlaması diplomatik yanaşma baxımından diqqət çəkir. Tehran məsələ ilə bağlı mövqeyini ifadə edərkən Azərbaycanın daxili qərarlarına birbaşa müdaxilə edən ritorikadan çəkinib, Azərbaycan xalqının öz seçimlərini müəyyənləşdirmək imkanına diplomatik yanaşıb.

Bəqayinin fikirlərində diqqət çəkən məqam təkcə dini dəyərlərə verilən önəm deyil, həm də bu məsələnin qarşılıqlı anlaşma, ortaq dəyərlər və fundamental hüquqlara hörmət çərçivəsində həllinə çağırışdır. Bu, həssas mövzuların siyasi qarşıdurma predmetinə çevrilmədən müzakirə olunmasının mümkünlüyünü göstərir.

Əslində, regionda münasibətlərin inkişafı üçün məhz belə yanaşmaya ehtiyac var. Türkiyə də Azərbaycanla münasibətlərində həssas məsələlərə daha erkən mərhələdən bu cür təmkinli və adekvat mövqe ilə yanaşsaydı, bəzi fikir ayrılıqlarının bugünkü gərginlik səviyyəsinə çatmasının qarşısını almaq mümkün ola bilərdi. Qeyd edilənlər Ankara ilə Bakı arasındakı münasibətlərin mürəkkəbliyini nəzərə almadan qəti nəticə çıxarmaq deyil, diplomatik üslubun siyasi proseslərə təsirini vurğulamaqdır.

Dövlətlər arasında yaxınlıq və ortaq dəyərlər bütün məsələlərdə eyni mövqenin sərgilənməsini tələb etmir. Əksinə, həqiqi tərəfdaşlıq fərqli yanaşmaların qarşılıqlı hörmət çərçivəsində ifadə olunmasını və mübahisələrin təzyiq vasitəsilə deyil, dialoqla həllini nəzərdə tutur.

Xüsusilə Azərbaycan kimi regional münasibətlərdə mühüm yer tutan ölkə ilə bağlı məsələlərdə siyasi bəyanatların tonu və məzmunu ayrıca diqqətə alınmalıdır. Dərin münasibətlər tərəfdaşın daxili seçimlərinə münasibətdə daha çox həssaslıq, məsuliyyət və təmkin tələb edir. Eyni zamanda, dini, mədəni və tarixi bağlar siyasi fikir ayrılıqlarını dərinləşdirmək üçün deyil, anlaşma imkanlarını genişləndirmək üçün istifadə olunmalıdır.

Yəni, həssas məsələlərdə təmkinli dil seçmək, qarşı tərəfin qərarvermə hüququnu tanımaq və ortaq məqamları önə çəkmək mümkündür. Regionda digər aktorlar da bu prinsipləri əsas götürsəydilər, bir sıra siyasi gərginliklərin daha da dərinləşməsinin qarşısını almaq olardı.

Nəticə etibarilə, diplomatiyanın gücü qarşılıqlı hörmətə əsaslanan yanaşma, dövlətlərin qərarlarına hörmət və müstəqil siyasətinə müdaxilə etməmək, sərt bəyanatlar və radikal addımlarla deyil, fikir ayrılıqlarını münasibətlərə zərər vurmadan idarə etmək bacarığıdır. Yaxın qonşular, müttəfiqlər və ələlxüsus qardaş ölkələr üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri