İran XİNin rəsmisi: Xəzərin səviyyəsinin azalması dağıdıcı təsirlərə səbəb ola bilər
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəzərin dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır.
Reyting.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangiri COP29 çərçivəsində Azərbaycan pavilyonunda iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, dəniz florası və faunası, həmçinin sahilyanı ərazilərin sosial-iqtisadi inkişafı üçün təhlükə yaradır.
"Dəniz səviyyəsinin cari templə azalmasının davam etməsi dağıdıcı nəticələrə səbəb ola, kiçik körfəzlərin və su-bataqlıq ərazilərin quruması da daxil olmaqla ekoloji böhrana gətirib çıxara bilər", - Ə.Cahangiri qeyd edib.
O vurğulayıb ki, suyun səviyyəsində tərəddüdlərə nəzarət və su-bataqlıq ərazilərin və göllərin bərpası sahəsində beynəlxalq təcrübənin tətbiqi, həmçinin sahilyanı ərazilərin əhalisinin həyat fəaliyyətinin təmin edilməsi region ölkələri arasında əməkdaşlıq məsələlərində prioritet olmalıdır(Report).
Bu mövzuda digər xəbərlər:İran XİNin rəsmisi: Xəzərin səviyyəsinin azalması dağıdıcı təsirlərə səbəb ola bilər
18 Noyabr 2024 10:29
525ci qəzet İran XİNin rəsmisi: Xəzərin səviyyəsinin azalması dağıdıcı təsirlərə səbəb ola bilər
18 Noyabr 2024 10:41
Xəzərin səviyyəsinin azalması ilə bağlı bəyannamə qəbul olundu
18 Noyabr 2024 11:05
Nazirlik rəsmisi: Son illərdə Xəzərin səviyyəsinin normadan daha artıq azalması müşahidə olunur
18 Noyabr 2024 10:55
Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul olundu FOTOLAR
18 Noyabr 2024 10:46
Baxış sayı:65
Bu xəbər 18 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















