Icma.az
close
up
RU
İran yaxın vaxtlarda vurula bilər Trampın 2 məqsədi var

İran yaxın vaxtlarda vurula bilər Trampın 2 məqsədi var

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, martın 15-də ABŞ prezidenti Donald Tramp orduya “Ənsar Allah” (Husi) hərəkatına qarşı qətiyyətli və güclü hərbi əməliyyatlara başlamağı əmr edib. ABŞ ordusu gecə saatlarında qrupun Yəməndəki hərbi obyektlərinə hücum edib. Hücumlar nəticəsində 31 nəfərin öldüyü, 101 nəfərin yaralandığı bildirilir.

Yaxın Şərqdə növbəti böyük savaş başlayır?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İkinci Dünya müharibəsindən sonra istənilən ABŞ prezidentinin hakimiyyət illərində kiçik də olsa müharibələr baş verib:

“Bu, ABŞ-ın gücünü göstərmək niyyəti daşıyır. Donald Tramp birinci hakimiyyəti illərində heç kimlə müharibə aparmayıb. Özü də müharibə əleyhinədir. Bir iş adamı kimi daha çox gəlir əldə etmək istəyir. Müharibə olan yerdə isə gəlir yox, xərclər olur. Tramp isə xərcləməyi sevən siyasətçi prezident deyil. Lakin hazırda bu addımı atmaq məcburiyyətində qalıb. Husilər gəmiçilərə böyük təhlükələr yaradırlar. İrandan da dəstək alırlar. Donald Trampın zərbə endirməkdə 2 məqsədi olub: Husilərin mövqeyini zəiflətmək və İrana təzyiqi artırmaq. Göstərməyə çalışırlar ki, rəsmi Tehran bölgədəki silahlı və terrorçu qruplaşmaları maliyyələşdirmək, hərbi texnika ilə təchiz etməkdən imtina etməzsə, eyni zərbələr ona da vurula bilər”.

Politoloqun sözlərinə görə, Tramp dünyaya öz gücünü sübut etməyə çalışır:

“Bu hücumlar Rusiya və Ukraynaya da verilmiş mesaj kimi qiymətləndirilə bilər. Onları atəşkəs təklifi ilə razılaşmağa məcbur etmək istəyir. Doğrudur, Tramp bu yolla Rusiya və Ukraynanı cəzalandırmaq istəmir. Lakin hamı onun qətiyyətini görmüş oldu.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə gəldikdə, bir çox ərəb ölkələri Husilərdən onsuz da narazı idi. Ona görə də ABŞ -ın bu əməliyyatı həmin ölkələrin maraqlarına cavab vermiş oldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Mart 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri