İran yeddi şərtlə bağlı ABŞ nin cavabını qeyri kafi hesab edir
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ İranın müharibənin dayandırılması və Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü yeddi şərtə cavab verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rzayi “X” sosial şəbəkə hesabında yazıb.
“ABŞ İranın yeddi şərtindən bəziləri ilə razılaşıb, lakin biz onların cavabını qənaətbəxş hesab etmirik”, - Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib.
Oqeyd edib ki, İranın diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq.
Rzayi daha əvvəl “Press TV” telekanalına müsahibəsində də ABŞ-nin İranın təklifinə cavab verdiyini təsdiqləyib.
“Biz amerikalılara yeddi şərt irəli sürmüşük. Əgər bu şərtləri yerinə yetirməsələr, Hörmüz boğazı onlar üçün açılmayacaq və hər hansı danışıqlardan söhbət gedə bilməz. ABŞ artıq cavab verib. Onlar bəzi şərtlərimizlə qismən razılaşıblar, digərləri ilə bağlı isə qeyri-müəyyənlik qalır”, – o qeyd edib.
İran rəsmisinin sözlərinə görə, Tehran Vaşinqtonla üç mərhələdə danışıqlar aparıb. O iddia edib ki, hər mərhələdə amerikalılar danışıqlar masasını tərk edərək İrana hücum ediblər.
“Buna görə də biz əvvəlki diplomatik modellərə qayıtmayacağıq. Razılaşmanı özü imzalayıb sonra ondan çıxan tərəflə başqa diplomatik üsullarla davranmaq lazımdır”, – Rzayi bildirib.
O əlavə edib ki, İran diplomatiyadan heç vaxt imtina etməyib və etməyəcək, lakin diplomatik yanaşmasını dəyişib.
Məlumata görə, İran irəli sürdüyü şərtlərin yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazını yenidən açmağa və ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Bu şərtlərə ABŞ-nin dəniz blokadasını dayandırması və İran neftinin satışına qoyulan məhdudiyyətləri aradan qaldırması da daxildir.
Bu mövzuda digər xəbərlər:İran bu şərtlə ABŞ ilə danışıqlara hazırdır
27 Avqust 2025 00:03
İran bu şərtlə ABŞ ilə nüvə saziş imzalayacaq
15 May 2025 07:26
İran: ABŞ la danışıqlara hazırıq, amma bir şərtlə...
05 Aprel 2025 16:45
İran ABŞ la danışıqlara hazırdı, ancaq bir şərtlə...
17 İyun 2025 08:31
İran Hörmüzü açacaq Bu şərtlə
24 Oktyabr 2026 23:53
Baxış sayı:141
Bu xəbər 12 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















