Icma.az
close
up
RU
İran yenə Azərbaycanda “İsrail kəşfiyyatçısı” axtarır

İran yenə Azərbaycanda “İsrail kəşfiyyatçısı” axtarır

Tribuna saytına istinadən Icma.az xəbər verir.

İranın tanınmış agentliklərindən olan “Tasnim” Azərbaycan əleyhinə yazı dərc edib.

Tribunainfo.az xəbər verir ki, yazı İsrailin uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (IIDA) fəaliyyətindən bəhs edir.

Qeyd edək ki, SEPAH-ın birbaşa maliyyələşdirdiyi agentlik bu dəfə də fermalarda “kəşfiyyatçı” axtarmağa başlayıb. Yazıda iddia olunur ki, İİDA Azərbaycanda guya, İrana qarşı fəaliyyət göstərmək üçün mövcuddur. “İİDA Azərbaycanda inkişaf layihələri adı altında İslam dünyasında ictimai rəyi çaşdırmaq, eyni zamanda İranın təhlükəsizliyini təhdid etmək və onun gələcəkdə regionda gənc nəslin formalaşması düşüncəsini təhdid etmək üçün fəaliyyətə başlayıb”.

“Tasnim” daha sonra onu da iddia edib ki, İİDA Azərbaycanda “siyasi təhdid” vasitəsi kimi nəzərdə tutulub. “Onlar sionist rejimin cinayətkar imicini təmizləmək, şiə çoxluğu olan bir islam ölkəsi ilə əməkdaşlıq yolu ilə özünü legitimləşdirmək, son nəticədə isə İranın siyasi, hərbi və insani təhdidlərə qarşı siyasi təhdid yaratmaq məqsədi ilə Azərbaycana daxil olub”.

SEPAH-ın agentliyi “xoruz banı eşitməmiş” bir yalanı da gündəmə gətirməyə çalışıb. Bir vaxtlar Zəngilandakı camış fermasında “İsrail cəsus”ları axtaran İran, indi də bütün kənd təsərrüfatı sahəsini hədəfə alıb. “Kənd təsərrüfatı iqtisadi əhəmiyyətinə və İranla sərhəd torpaqlarına çıxışına görə sızma və casusluq üçün ideal platformadır.  2019-cu ildə İİDA suvarma avadanlığı ilə təmin etməklə Gəncə bölgəsində fermerlərin hazırlanması layihəsini həyata keçirib. Bu hərəkətlər Netafim kimi sionist şirkətlərin sızması və ola bilsin ki, İranla həssas sərhəd bölgələrindən kəşfiyyat məlumatlarının toplanması üçün pərdə kimi qiymətləndirilə bilər”.

P.S. İran mediası nə hikmətdirsə, iki ölkə arasında münasibətlər yaxşılaşan kimi, bu tip məlumatları dövriyyəyə buraxır. Bu məqalə də İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri ərəfəsində dövriyyəyə buraxılıb. Ki, bunun da məqsədli olduğu aydındır. Görünür, İranda hansısa dairələr iki ölkə arasında münasibətlərin sağlamlaşmasında maraqlı deyil.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri