Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Hər yeri bürüyə bilərlər: 3 ağcaqanad ölkədə təşviş yaratdı

Hər yeri bürüyə bilərlər: 3 ağcaqanad ölkədə təşviş yaratdı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Soyuq iqlimə malik İslandiyada bu ilin yay aylarında rekord istilər qeydə alınmışdı. Bu xəbərlərin ardınca ölkə tarixində ilk dəfə ağcaqanad görünüb. Bəs bu nə deməkdir?

“Türkiyənin dağlarında, yaylalarında belə ağcaqanad problemi var. Şərait yaranarsa, yayıla bilərlər” - deyən Akdeniz Universitetinin Biologiya Bölməsinin Ekologiya kafedrasının müəllimi, professor Hüseyn Çətin, Asiya kaplanı ağcaqanadının yaratdığı təhlükəyə də diqqət çəkib.

Sherg.az xəbər verir ki, İslandiyada ağcaqanad aşkarlanmazdan əvvəl bu ölkə Antarktida ilə birlikdə ağcaqanadın görünmədiyi iki yerdən biri idi. Lakin bu vəziyyət bir neçə gün əvvəl dəyişdi. İslandiya Təbiət Elmləri İnstitutunun entomoloqunun (həşərat üzrə mütəxəssis) açıqlamasına görə, ölkədə 2 dişi və 1 erkək ağcaqanad tapılıb. Ağcaqanadların paytaxt Reykyavikdəki liman yaxınlığında aşkarlanması səbəbilə mütəxəssislər onların ölkəyə xaricdən gətirildiyini ehtimal edir.


Hazırda bu ağcaqanadların İslandiyada nə qədər yaşaya biləcəyi maraq doğurur. Qlobal istiləşmə ilə bağlı artan temperaturun ölkədəki həşərat populyasiyasını da artırdığı bildirilir.

Bəs İslandiyada ortaya çıxan ağcaqanadlar bizə hansı siqnalları verir? Professor Hüseyn Çətin məsələni Milliyet.com.tr-yə belə izah edib:


“İslandiya soyuqdur, amma...”

Professor Çətin qeyd edib ki, ağcaqanadların müəyyən temperaturdan aşağıda inkişafı dayanır:

“Dünyada 3 min 500-dən çox ağcaqanad növü mövcuddur. Onların əksəriyyəti tropik və isti iqlimlərdə yaşayır. Çoxu üçün suyun temperaturu 8–10 dərəcədən aşağı düşəndə inkişaf dayanır. İslandiya ada ölkəsidir və ilin bir neçə ayı istisna olmaqla iqlimi çox soyuqdur. Buna görə də yalnız soyuğa dözümlü növlər bu ərazilərdə yaşaya və qısa müddətdə bir-iki nəsil verə bilər”.


“Dağlarda, yaylalarda da ağcaqanad problemi var”


Professor Çətin bildirib ki, beynəlxalq daşımacılığın inkişafı nəticəsində təyyarə və gəmilər vasitəsilə heyvan və həşəratlar da asanlıqla başqa bölgələrə daşına bilir:

“Bu nəqliyyat vasitələri böcəklərin qısa zamanda başqa yerlərə yayılmasına şərait yaradır. İqlim dəyişikliyi səbəbilə bəzi soyuq bölgələrdə müvəqqəti isti dövrlər yaranır, bu da ağcaqanadların yaşaması üçün əlverişli şərait yaradır. Nəticədə əvvəllər görülmədikləri soyuq yerlərdə belə çoxala bilirlər. Artıq dağlıq və yüksək ərazilərdə də ağcaqanad problemi müşahidə olunur”.

İslandiyada hər hansı ağcaqanad növünün açıq havada yaşaması çətin olsa da, insanların iqlimləndirdiyi qapalı məkanlarda yaşamaq və qanla qidalanaraq çoxalmaq ehtimalı var.

Professor Çətin bildirib ki, İslandiyada aşkar edilən növ Culiseta annulata adlanır və əsasən quşlar üzərində qidalanan, soyuq iqlimi sevən ağcaqanaddır. Bu növün insanlara birbaşa təhlükə yaratdığına dair ciddi sübut yoxdur, lakin “quş malyariyası” adlı xəstəliyi quşlar arasında daşıya bildiyi müəyyən edilib.

“İqlim dəyişikliyi və daşımacılıq sektorunun qlobal səviyyədə sürətli əlaqə yaratması bu kimi hadisələrin dünyanın müxtəlif yerlərində baş verməsinə səbəb olur. Xüsusilə “Hava limanı Malyariyası” (Airport Malaria) buna misal ola bilər. Yəni siz heç vaxt getmədiyiniz bir ölkədəki ağcaqanad təyyarə ilə səfər edib, hava limanında sizi sancarsa, bu, malyariya yoluxmasına səbəb ola bilər” - professor Hüseyn Çətin deyir.


“Asiya kaplanı”nı yada saldı

İqlim dəyişikliyi nəticəsində dünyanın müxtəlif bölgələrində yeni ağcaqanad növlərinin görünməsi İslandiya üçün ilk olsa da, dünyada bunun nümunələri artıq var. Məsələn, bir neçə il əvvəl Türkiyədə digər növlərə nisbətən daha dözümlü olan Asiya kaplanı ağcaqanadı İstanbulda yerli növlər arasına daxil olmuşdu.

Uzaq Şərq mənşəli bu növ əvvəlcə İspaniya, Fransa, İtaliya və Yunanıstanda müşahidə edilmişdi. Son illərdə iqlim dəyişiklikləri və rütubət balansının pozulması nəticəsində bu ağcaqanad Marmara, Trakya və Gürcüstan sahillərindən Giresunadək uzanan ərazilərdə yayılıb. İstanbulun sulaq yerlərində çoxalan bu növün təhlükəli olduğu və ciddi tədbirlər görülməsinin vacibliyi vurğulanmışdı.


Təmiz suyu sevir: Necə mübarizə aparmalı?

Professor Çətin bildirib ki, bələdiyyələrin apardığı dərmanlama işləri təkbaşına kifayət etmir. Asiya kaplanı ağcaqanadı çirkli suları sevmir, buna görə də onunla mübarizədə vətəndaşların maarifləndirilməsi vacibdir:

“Asiya kaplanı ağcaqanadı evlərdəki saxsıların dibində, yağış suyu yığılan yerlərdə, avtomobil təkərlərinin içində, kondisionerlərdən axan suda, hətta qəbiristanlıqlardakı su qablarında belə inkişaf edə bilir. Buna görə də ev və həyət ətrafında suyun toplanmasına imkan verməmək, sahibsiz heyvanlara verilən suları mütəmadi dəyişmək vacibdir. Bu qablar ən azı həftədə iki dəfə tamamilə boşaldılıb yenilənməlidir.

Bələdiyyələr, icma rəhbərləri, QHT-lər, tələbələr, din xadimləri və hərbçiləri də cəlb edən maarifləndirmə proqramları hazırlanmalıdır. Əks halda, çoxalma sahəsini sürətlə genişləndirən bu ağcaqanad növü ilə mübarizə sonradan daha çətin və gec olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri