İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ-nin regionda yeni avantüraya əl atacağı təqdirdə müharibənin coğrafiyasını genişləndirəcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.
“Əgər ABŞ Prezidenti Donald Tramp İsraili öz tərəfinə çəkərək regionda növbəti avantüraya əl atarsa, müharibənin alovu daha geniş coğrafiyanı cənginə alacaq və müharibənin nə zaman başa çatacağı onun əlində olmayacaq”, - o, X sosial şəbəkəsində yazıb.
Əkrəminiyanın sözlərinə görə, ABŞ Prezidentinin “diplomatiyaya xəyanətdəki qaranlıq keçmişi”ni nəzərə alan İran ordusu qarşı tərəfin səylərinə etibar etmir və döyüş hazırlığını fasiləsiz gücləndirir.
O əlavə edib ki, İran ABŞ-nin regiondakı fəaliyyətini diqqətlə izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 31 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















