Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

İRAN ZƏNGƏZURA HƏM “HƏ”, HƏM DƏ “YOX” DEYİR.. Rusiya isə hələ də “ölmüş” bəyannamədən yapışıb

İRAN ZƏNGƏZURA HƏM “HƏ”, HƏM DƏ “YOX” DEYİR.. Rusiya isə hələ də “ölmüş” bəyannamədən yapışıb

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya hələ əvvəlcədən üzdə Zəngzəur dəhlizinin açılmasına qarşı olmadığını nümayiş etdirib və ötən illərdə 2020-ci ilin 10 noyabr sazişində bununla bağlı maddənin mövcudluğuna istinad edib. Lakin Kreml bu dəhlizin yalnız özünün siyasi və hərbi nəzarəti altında işləməsini istəyib. Bu da onun həm regiona, həm də Türkiyəni Azərbaycan və Orta Asiya Türk respublikaları ilə birləşdirəcək xəttə nəzarət imkanını tanımış olurdu. Elə Moskvanın Azərbaycanla Ermənistanın imzaladağı Vaşinqton sənədinə münasibəti də bu kontekstdən irəli gələrək, 2020-ci ilin 10 noyabr sazişinə əsaslanır. O sazişə ki, artıq “ölüdür”…

Tehransa lap əvvəldən Zəngəzur dəhlizinə “yox” deyib və bunu müxtəlif bəhanələrlə, o cümlədən, guya regionda sərhədlərin dəyişəcəyi, guya İranın şimala yolunun bağlanacağı və digər yalan, saxta səbəblərlə izah edib.

İndi isə xüsusilə Vaşinqtondakı məlum görüşdən və imzalanan sənədlərdən sonra İran rəhbərliyində Zəngəzur dəhlizi ilə bağlı bir növ “ikitirəlik” müşahidə olunur. Bu bəyanatdan sonra ilk ortalığa atılan İranın ali dini lideri Xameneinin müşaviri Əli Əkbər Vilayəti oldu.

Rəhbərinin dili ilə danışan Vilayəti İranın az qala “yeri-göyü silkələyəcəyini” bildirib və onun sərhədi yaxınlığında “ABŞ-nin rəhbərlik etdiyi nəqliyyat dəhlizi”nin yaradılmasına icazə verməyəcəyini qeyd edib: “Qafqaz dünyanın ən həssas coğrafi nöqtələrindən biridir və bu dəhliz Trampın sahib olduğu tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlıq olacaq".

O, Rusiyanın da strateji baxımdan bu dəhlizin əleyhinə olduğunu deyib və İranın Moskvanın iştirakı olmadan belə bu dəhlizin qarşısını alacağını söyləyərək, “xoruzlanıb”…

Lakin Vilayətini “iniltisi” Xamenei rejiminin əlacsızlığının və acizliyinin növbəti nümayişindən başqa bir şey olmadı. Onun ardınca çıxış edən İran rəsmiləri daha yumşaq və “yolagələn” açıqlamalar verdilər.


İlk olaraq Prezident Məsud Pezeşkian bu məsələnin “şişirdildiyini” və İranın Zəngəzur dəhlizinin əleyhinə olmadığını bəyan etdi: "İran Zəngəzur dəhlizinin region dövlətlərinin ərazi bütövlüyünü pozmayacağı təqdirdə həyata keçirilməsini dəstəkləyir".

Onun sözlərinə görə, Tehranın bu məsələ ilə bağlı tələbləri yerinə yetirilib: "Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir, Avropa və şimala tranzitə mane olmur". Eyni zamanda, Pezeşkian yalnız ABŞ şirkətlərinin layihədə iştirakından narahatlığını bildirib.

Ancaq nəzərə alsaq ki, İranda Prezident heç də əsas və son söz sahibi deyil, onun bu açıqalmasına İranın rəsmi mövqeyinin qeyd-şərtsiz izahı kimi baxmamaq da olardı. Lakin onun ardınca çıxış edən İranın Xarici İşlər naziri Abbas Əraqçinin açıqlaması göstərdi ki, Pezeşkianın mövqeyi bir növ ümumilikdə İran rejiminin mövqeyilə uzlaşdırılıb. Belə ki, Əraqçi çərşənbə axşamı Ermənistan xarici işlər nazirinin müavininin Tehrana gələcəyini və onunla məsləhətləşmələr aparılacağını deyib.

Eyni zamanda əlavə edib ki, söhbət dəhliz yox, yoldan gedir və İran müəyyən şərtlər nəzərə alınmaqla, bunun əleyhinə deyil: "Qafqaz regionuna gəlincə, bizim mövqelərimiz tamamilə aydındır: biz regionun bütün ölkələrindən öz əraziləri üzərində tam suverenliyi qoruyub saxlamağı, regionun bütün ölkələrinin ərazi bütövlüyünə hörmət etməyi və beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etməməyi tələb edirik. Ermənistandan keçən dəhliz məsələsi tamamilə aradan qaldırılıb, söhbət Ermənistanın suverenliyi və yurisdiksiyası altında, bu ölkənin ərazisində tikiləcək tranzit yolundan gedir. Bu layihənin həyata keçirilməsi şirkətin məsuliyyətindədir və bəyanatda qeyd olunur ki, bu, Ermənistanda qeydiyyatdan keçmiş və bu ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən Amerika-Ermənistan şirkəti olacaq… Təbii ki, regionda istənilən formada xarici mövcudluğun regionda sülh və sabitlik üçün mənfi nəticələri ola bilər. Biz bu məsələni Azərbaycan və Ermənistan tərəfləri qarşısında həmişə qaldırmışıq və bundan sonra da vurğulayacağıq”.

Xameneinin digər yaxın adamı - İranın Xarici Əlaqələr üzrə Strateji Şurasını təmsil edən Əli Baqeri isə deyib ki, “Zəngəzur dəhlizinin geosiyasi təsirləri var və “İran bunu gözardı etməyəcək”.


Bir sözlə, İrandakı hakim fars rejimi bir yandan əlacsızlıqdan Zəngəzur dəhlizinə birmənalı “yox” deyə bilmir. Buna görə bir növ özünə təskinlik verərək, onun əhəmiyyətini azlatmağa və guya İranın qoyduğu şərtlərə əməl olunduğunu göstərməyə çalışır. Hansı ki, nə Azərbaycanın, nə də xüsusilə bu razılaşmanın əsas qarantı kimi çıxış edən ABŞ-nin İranın hansısa “şərtlərini” gözdən keçirdiyini, onunla hesablaşdığını düşünmək absurddur.

Digər yandan, tərəflər zatən İranın guya narahatlıq keçirdiyi “ərazi bütövlüyü”, “sərhədlərin qorunması” və digər bu kimi prinsiplərdən çıxış ediblər və məlum sənəddə Tehranın “ilişəcəyi” hər hansı bir müddəa yoxdur.

Ermənistana gəlincə, o da bu məsələdə ilk növbədə ABŞ-yə, Qərbə istinad edir, İranı isə “yola verməklə” vəziyyətdən çıxmağa çalışır.

İstənilən halda, Azərbaycan bu tarixi razılaşmanı imzalamaqla olduqca məharətli siyasi, diplomatik gediş etdi. İndi məsuliyyət dəhlizin keçəcəyi Ermənistanın və bu yolun qarantı olan ABŞ-nin üzərindədir. İran öz suallarını və iradlarını(əgər bacarırsa) onlara yönəltməlidir.

Rusiya öz yaramaz, irticaçı, qaba gücə söykənən xarici siyasəti, xüsusilə də Ukarynada apardığı amansız işğalçılıq müharibəsi sayəsində Qafqazdakı nüfuzunu demək olar, sıfırlamaq üzrədir. İranınsa xüsusilə İsrailin 12 günlük əməliyatından sonra az qala “quru nəfəsi” qalıb. Bu baxımdan regiona destruktiv, işğalçı Rusiya-İran təsirinin öz yerini yaradıcı, investisiya və iqtisadi yönümlü Türkiyə-Qərb təsirinə verməsi artıq qaçılmazdır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Avqust 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri