Icma.az
close
up
RU
İrana Cənub Şərqdən müdaxilə ehtimalı: Cundullah və Sistan Bəlucistan düsturu

İrana Cənub Şərqdən müdaxilə ehtimalı: Cundullah və Sistan Bəlucistan düsturu

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mediada yer alan İran ilə ABŞ-İsrail müharibəsinin dayanması fonunda aparılan qarşılıqlı spekulyasiyalar ictimaiyyətdə ciddi sual işarələri yaratmaqdadır.

Bəzi çevrələrə görə ABŞ məğlub olub, digərlərinə görə isə İran qalib tərəf kimi təqdim edilir. Bu istiqamətdə mediada ziddiyyətli və fərqli başlıqlar ön plana çıxır.

Bununla yanaşı, bir çox ekspert ABŞ-nin mümkün quru əməliyyatına hazırlaşdığına dair analizlər və məqalələr dərc edir. Bu çərçivədə müxtəlif ssenarilər gündəmə gətirilmişdir.

İRƏLİ SÜRÜLƏN QURU ƏMƏLİYYATI SSENARİLƏRİ

Analizlərdə önə çıxan əsas üç əməliyyat planı bunlardır:

- Hark adasına ABŞ xüsusi təyinatlı qüvvələrinin çıxarılması

- İraq üzərindən PJAK təşkilatının Cənubi Azərbaycanı işğal etməsi

- Azərbaycan və Türkiyə üzərindən quru əməliyyatının həyata keçirilməsi.

Lakin bu ssenarilərin ABŞ strategiyası baxımından rasional olmadığı və əksinə İranın xeyrinə nəticələr doğura biləcəyi qiymətləndirilir.

Sözügedən planlar:

- Körfəz ölkələrinin təhlükəsizliyi,

- Neft və təbii qaz infrastrukturu,

- Enerji təchizat təhlükəsizliyi, mülki və humanitar obyektlər üzərində ciddi risklər yaradır.

Eyni zamanda Azərbaycan və Türkiyə baxımından:

- Orta dəhliz İpək Yolu ticarət koridoru,

- Türküstan–Qafqazlar–Türkiyə enerji xətləri,

- Xəzər dənizi neft sənayesi,

- Dəmir yolu və avtomobil nəqliyyatı şəbəkələri

kimi strateji amillər birbaşa təhdid altına düşə bilər.

ALTERNATİF ƏMƏLİYYAT BÖLGƏSİ: SİSTAN-BƏLUCİSTAN

Yuxarıda qeyd olunan risklər nəzərə alındıqda, quru əməliyyatının İranın şərqində yerləşən Sistan-Bəlucistan əyaləti üzərindən həyata keçirilməsi daha real ssenari kimi önə çıxır.

REGİONAL XÜSUSİYYƏTLƏR 

- Sahəsi 187.502 km² olub, İranın ikinci ən böyük əyalətidir

- Paytaxtı Zahedandır

- Əhalisi təxminən 3 milyon nəfərdir (%3,7)

- Əfqanıstan və Pakistanla birlikdə təxminən 14 milyonluq bəluc əhalisi bu bölgədə yaşayır. 

- Əhalinin böyük əksəriyyəti hənəfi məzhəbinə mənsub sünni müsəlmanlardır

- Əfqanıstanla 300 km, Pakistanla 900 km sərhədi var

- Cənubda Oman dənizinə çıxışı olan strateji sahil xəttinə malikdir

- Müxtəlif coğrafi quruluşlara (dağ, səhra, sahil) malikdir 

- Çabahar limanı bölgənin ən kritik strateji nöqtəsidir

- İranın ən kasıb əyalətlərindən biridir

- Qaçaqmalçılıq, narkotik, silah və insan alveri geniş yayılıb

- Təhsil infrastrukturu zəifdir, məktəbi tərk etmə faizi təxminən 60%-dir.

Bu xüsusiyyətlər bölgəni həm təhlükəsizlik baxımından həssas, həm də xarici müdaxilələrə açıq edir

CUNDULLAH TƏŞKİLATI VƏ REGİONAL TƏSİRİ

Cundullah 2003-cü ildə yaradılmış, Sistan-Bəlucistan bölgəsində fəaliyyət göstərən sünni islamçı təşkilatdır.

Təşkilat İran daxilində sünni bəlucilərin hüquqlarını müdafiə etdiyini iddia etsə də, fəaliyyəti bölgədə ciddi qeyri-sabitlik yaradır.

İran rəsmilərinə görə təşkilat:

- Əl-Qaidə

- Taliban

kimi radikal qruplarla əlaqəlidir. Eyni zamanda İran dolayı şəkildə ABŞ ilə də əlaqə iddiaları irəli sürür.

Təşkilat 2005-ci ildə Mahmud Əhmədinejadın konvoyuna edilən hücumla beynəlxalq diqqəti cəlb etmişdir.

NƏTİCƏ VƏ STRATEJİ QİYMƏTLƏNDİRMƏ

Ümumi qiymətləndirməyə əsasən:

ABŞ-ın İrana qarşı mümkün quru əməliyyatı planlaşdırması halında Sistan-Bəlucistan əyaləti;

- Coğrafi əlçatanlıq

- Sosial həssaslıq

- Aşağı həcmdə birbaşa geosiyasi maliyyət

- Müttəfiqlər üçün məhdud risk

kimi faktorlar səbəbilə ən uyğun əməliyyat bölgəsi kimi önə çıxır.

 BU KONTEKSTDƏ:

1. ABŞ-ın quru əməliyyatını İranın cənub-şərqindən başlatması yüksək ehtimal daxilindədir.

2. ABŞ-ın quru əməliyyatını İranın cənub-qərbi və şimal-qərbindən başlatması isə az ehtimal olunur.

Akif Qasımov 

Ehtiyatda olan polkovnik 

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Mart 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri