Icma.az
close
up
RU
İrana etibar etmirəm”: Trampın bəyanatı diplomatik riskləri artırır

İrana etibar etmirəm”: Trampın bəyanatı diplomatik riskləri artırır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Trampın İran nümayəndələrinə etibar etmədiyini açıq bildirməsi Vaşinqtonun Tehranla münasibətlərdə ehtiyatlı və sərt xətti qoruduğunu göstərir.

ABŞ Prezidentinin: “İranla bağlı hər şey çox yaxşı gedir” açıqlaması isə bu məsələdə diplomatik və strateji üstünlüyü nümayiş etdirməyə yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər.

Bu cür bəyanatlar ABŞ-İran münasibətlərində etimad böhranının davam etdiyini və tərəflər arasında mümkün danışıqlar prosesinin hələ də ciddi risklərlə müşayiət olunduğunu göstərir.

Trampın İrana etibar etmədiyini bəyan etməsi Vaşinqton-Tehran münasibətlərinin gələcək diplomatik perspektivlərinə necə təsir göstərə bilər?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Trampın İran nümayəndələrinə etibar etmədiyini açıq şəkildə bəyan etməsi ABŞ-İran münasibətlərində diplomatik prosesin qarşısındakı ən böyük maneələrdən birinin qarşılıqlı etimadsızlıq olduğunu göstərir. Vaşinqtonun Tehranla danışıqlara tamamilə qapını bağlamaması isə onu deməyə əsas verir ki, sərt ritorikanın arxasında həm də İranı daha əlverişli şərtlərlə danışıqlar masasına gətirmək məqsədi dayanır.

“Trampın ABŞ-ın İran məsələsində “çox yaxşı mövqedə” olduğunu vurğulaması da ilk növbədə danışıqlarda psixoloji və siyasi üstünlük yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. ABŞ administrasiyası özünün hərbi, iqtisadi və diplomatik imkanlarını ön plana çıxarmaqla Tehrana mesaj verir ki, mümkün razılaşmanın şərtlərini müəyyənləşdirmək imkanları əsasən Vaşinqtonun əlindədir. Lakin belə yanaşmanın müəyyən riskləri də var. Çünki qarşı tərəfi daim zəif vəziyyətdə göstərmək diplomatik kompromis imkanlarını daralda və İranın daha sərt mövqeyə keçməsinə səbəb ola bilər”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, ABŞ-ın özünü üstün mövqedə təqdim etməsi Yaxın Şərqdəki digər aktorlara da mesajdır. Vaşinqton bununla həm müttəfiqlərinə təhlükəsizlik təminatı verməyə, həm də İranın regional təsir imkanlarının məhdudlaşdırıldığını göstərməyə çalışır. Ancaq Yaxın Şərq kimi çoxsaylı güc mərkəzlərinin olduğu mürəkkəb bir sistemdə hərbi üstünlük avtomatik olaraq siyasi nəticəyə çevrilmir. İranın regional təsir imkanları, enerji resursları, Hörmüz boğazı və müxtəlif regional aktorlarla münasibətləri vəziyyəti daha mürəkkəb edir.

“Əsas məsələ bundan sonra sərt ritorikanın hansı diplomatik mexanizmlə tamamlanacağıdır. Əgər Vaşinqtonun təzyiq siyasəti İranı konkret kompromislərə sövq edərsə, Trampın yanaşması müəyyən nəticə verə bilər. Əks halda, qarşılıqlı etimadsızlığın daha da dərinləşməsi yeni eskalasiya risklərini artıracaq.

Trampın açıqlamalarını nə yalnız müharibə ritorikası, nə də yalnız diplomatik mesaj kimi qiymətləndirmək doğru olar. Burada hər iki element paralel şəkildə mövcuddur: Vaşinqton maksimum təzyiqi saxlayaraq danışıqlar masasında üstün mövqedən çıxış etmək istəyir. Lakin uzunmüddətli regional sabitlik üçün hərbi və iqtisadi təzyiq qədər qarşılıqlı etimadın bərpasına imkan verən siyasi mexanizmlərin yaradılması da vacibdir”, – deyə Tural İsmayılov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri