Icma.az
close
up
RU
İrana hücum edəcəklər? Yaxın zamanlarda...

İrana hücum edəcəklər? Yaxın zamanlarda...

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

İran nüvə proqramını bərpa edərsə, İsrail gələcək hərbi əməliyyatlara hazırlaşır. İsrail rəsmiləri isə hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp İsrailin yeni hücumlarına razılıq verə bilər.

İsrailin İran ərazisinə mümkün yeni zərbələri beynəlxalq münasibətlərə və bölgədəki sabitliyə hansı təsirləri göstərə bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri İsrailin yaxın perspektivdə İrana yeni hərbi hücum həyata keçirməyi planlaşdırmadığını deyib. 

Onun sözlərinə görə, bu, daha çox təzyiq yaratmaq siyasətidir ki, İran daim özünü “Domokl qılıncı” altında hiss etsin və nüvə proqramını yenidən inkişaf etdirməyə, xüsusən də uranın zənginləşdirilməsini nüvə silahı əldə ediləcək səviyyəyə qaldırmağa cəsarət etməsin:

“Bundan əlavə, İsrailin İrana qarşı yeni hərbi əməliyyatlar keçirməsi üçün ABŞ-nin razılığına və dəstəyinə ehtiyac var. 12 günlük müharibə zamanı İsrail onlarla milyard dollar məbləğində vəsait itirdi. Paralel olaraq, İrana endirilən zərbələr kontekstində ABŞ-nin təchizat etdiyi və istehsal etdiyi raketlərdən istifadə edildi. Bu baxımdan, İsrailin öz hərbi gücünü bərpa etməyə və yenidən möhkəmlənməyə ehtiyacı yaranıb.

Üstəlik, İsrail İrandan gələn hücumlar fonunda itkilər verib. Həm insan itkisi, həm də hərbi obyektlərin dağıdılması kimi zərərlər İsrailin bu yaraları sağaltması üçün zamana ehtiyac yaratmışdır”.

Siyasi şərhçi ABŞ-nin yaxın müddətdə İranla genişmiqyaslı müharibəyə qoşulmasının real görünmədiyini bildirib: 

“Belə münaqişələr böyük maliyyə xərcləri və insan tələfatı tələb edir. Donald Trampın isə ABŞ büdcəsini tarazlaşdırmaq və dövlət borclarını azaltmaq istəyi var. Belə bir şəraitdə müharibəyə başlamaq və külli miqdarda maliyyə sərf etmək Trampın siyasət xəttinə uyğun gəlmir.


Sadəcə, 12 günlük müharibədə İranın nüvə proqramını müəyyən müddət dayandırmaq üçün ABŞ-nin ağır bombardmançı strateji təyyarələri və yüksək tonnajlı bombalardan istifadə etməsi lazım gəldi. Çünki dərinlikdə yerləşən obyektlərin məhv edilməsi yalnız belə silahlarla mümkündür. Bu, artıq zəruri və qaçılmaz bir prosesə çevrilmişdi. ABŞ isə qısa müddətli lokal iştirakla İranın nüvə fəaliyyətini müvəqqəti olaraq səngitməyi bacardı”.

N.Miri əlavə edib ki, bundan sonra uzunmüddətli və davamlı müharibə Trampın strategiyasına ziddir:

“Ona görə də hesab etmirəm ki, yaxın müddətdə hərbi əməliyyatlar yenidən başlasın. Əksinə, indiki ritorika daha çox psixoloji təzyiq xarakteri daşıyır və bu cür bəyanatlar ABŞ ilə İran arasında mümkün danışıqların fonunda səsləndirilir.


Əsas məqsəd ABŞ-nin İrandan nüvə proqramından tamamilə əl çəkməsini təmin etməkdir. Bu səbəbdən, sərt açıqlamaların zaman-zaman səsləndirilməsi gözləniləndir ki, danışıqlar masasında Vaşinqton öz maraqlarını həyata keçirə bilsin. Hazırda görünən mənzərə bundan ibarətdir. Lakin əgər bu danışıqlar uğursuz olsa və İran yenidən əvvəlki siyasətinə qayıdarsa, o zaman nüvə zənginləşdirilməsi məsələsi təkrar aktuallaşa bilər və İsrail hərəkətə keçmək məcburiyyətində qala bilər. İsrailin baş naziri Netanyahunun ABŞ-yə səfərinin əsas məqsədlərindən biri də məhz budur”.

Müsahibimiz Donald Trampın özünü daha çox sülhpərvər lider kimi təqdim edərək Nobel Sülh Mükafatına layiq görülmək istədiyini də qeyd edib.


O vurğulayıb ki, İranla yeni bir müharibə isə Trampın bu arzusunu puça çıxara bilər:

“Beləliklə, bu gün üçün hərbi əməliyyatlardan daha çox diplomatik danışıqlar və onlardan əldə ediləcək razılaşmalar ön plandadır. Ən azından, İran hökuməti, başda Məsud Pezeşkian olmaqla, ABŞ-lə dialoqa açıq olduğunu bəyan edib. Eyni mövqeyi ABŞ də bölüşür. Məncə, indi müharibə deyil, məhz danışıqlar zamanıdır”.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 İyul 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri