İrana qarşı ilk dəfə sanksiya tətbiq edəcək
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq dəniz naviqasiyası azadlığının pozulmasına görə İrana qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.
Onun sözlərinə görə, görüşdə Yaxın Şərqdəki vəziyyət və Aİ-nin Qırmızı dənizdə həyata keçirdiyi Aspides dəniz əməliyyatı müzakirə olunacaq.
“Biz, əlbəttə ki, Yaxın Şərqdəki vəziyyəti və Aİ-nin Aspides əməliyyatını müzakirə edəcəyik. Bu gün həmçinin ilk dəfə olaraq dəniz naviqasiyası azadlığının pozulmasına görə İrana qarşı sanksiyalar tətbiq ediləcək”, - deyə Kallas vurğulayıb.
Baxış sayı:156
Bu xəbər 08 İyun 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















