Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İrana qarşı müharibə hazırlığı: ABŞ İsrailə xüsusi bombalar göndərdi SENSASİON

İrana qarşı müharibə hazırlığı: ABŞ İsrailə xüsusi bombalar göndərdi SENSASİON

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Globalinfo.az israilli tarixçi və politoloq Avraham Şmuleviçlə müsahibəni təqdim edir:

– “Wall Street Journal”ın hesabatına görə, ABŞ kəşfiyyatı İsrailin bu il İranın nüvə təsisatlarına hücum edə biləcəyini deyib. Bildirilir ki, İsrail ötənilki hücumlardan sonra İran hərbi gücünün zəifləməsini bir növ fürsət sayır. Digər məlumatlara görə, İsrailin bu hücumu reallaşdırması üçün ABŞ-ın ciddi dəstəyinə ehtiyacı var. Lakin Tramp hücumun deyil, İranla anlaşmanın tərəfdarı olduğunu deyib. Yeni İsrail-İran savaşı olacaqmı? Cənab Şmuleviç, Trampın dövründə İranla münasibətlərin nizamlanmasını necə görürsünüz, anlaşma mümkündürmü?

– İranla anlaşma və normallaşma haqda danışarkən qeyd etmək lazımdır ki, İsrailin ona qarşı heç bir iddiası yoxdur. İran xalqı ilə minilliklər ərzində dost münasibət olub. Lakin İranın hazırkı sözdə islamçı rejimi terrorçu-ekstremist siyasət yürüdür və İsrail dövlətinin məhv edilməsini açıq şəkildə qarşısına hədəf qoyub. Hətta İran parlamenti 2040-cı ilə qədər İsrail dövlətinin mövcudluğunu dayandırması haqda qərar qəbul edib. Beynəlxalq praktikada belə bir təcrübə yoxdur. İranın bu rejiminin bütün qonşu dövlətlərə qarşı iddiaları var və bu məqsədlə, eləcə də ictimaiyyətin diqqətini iqtisadi, sosial problemlərdən yayındırmaq üçün antisemitizmdən istifadə etmək istəyirlər. Bu rejimin dövründə normallaşma mümkün deyil. Bu səbəbdən istər Tramp olsun ya olmasın, bu, çətin ki mümkün ola. İran xalqına çox iztirablar gətirən indiki rejim dəyişərsə İsraillə yüksək səviyyədə münasibətlər bərpa oluna bilər. İran xalqı arasında antisemitizmin indeksi Yaxın Şərqdə Azərbaycan və Gürcüstan istisna olmaqla (onlarda daha aşağıdır –red.) digər dövlətlərlə müqayisədə xeyli aşağıdır. Ona görə əminəm ki, bu rejim dəyişincə qısa zamanda dost münasibətlər bərpa olunacaq.

İsrail və ABŞ İranın nüvə silahına sahiblənməsini strateji təhlükə olaraq görür və buna mane olmaq üçün hər şeyi edəcəklər. Hesab edirəm ki, Azərbaycan da bundan az narahat deyil. Əgər İran nüvə silahına yiyələnsə, qonşu dövlətlərə qarşı daha aqressiv olacaq. Bu baxımdan müharibə sonuncu variantdır. Trampın rəsmi mövqeyi belədir. O əmindir ki, İranın nüvə proqramından imtinasına təzyiqlər və sanksiyalarla nail ola biləcək və bu baş verməzsə güc tətbiq edəcək. Düşünürəm ki, İsrail Tramp administrasiyası ilə razılaşdırmadan İrana hücum etməyəcək. Onlar birgə hərbi əməliyyat keçirə bilərlər. Amma İsrail bu əməliyyatı təkbaşına da keçirmək iqtidarındadır. ABŞ-dan ilk dəfə İsrailə yeraltı hərbi obyektləri məhv etmək üçün bombalar tədarük edilib. Bu, nüvə silahından sonra ən güclü silahdır. ABŞ ondan Əfqanıstan mağaralarında gizlənən Əl-Qaidə liderlərinə qarşı istifadə edib.

– İsrail Türkiyə ilə münasibətlərdə yaxınlaşma üçün nə edir?

Avraham Şmuleviç

– Türkiyə ilə münasibətlərin yaxşılaşması ehtimalı azdır. Ərdoğan İsrailə qarşı sərt siyasət yürüdür. İsrailin Türkiyə ilə heç bir problemi yoxdur. Biz uzun illər yaxın dost və müttəfiq olmuşuq. Türkiyə 1949-cu ildə İsrail dövlətini ilk tanıyan dövlətlərdən biri olub. Hazırda dərc olunan tarixi sənədlərə görə, türklər İkinci dünya savaşından sonra ABŞ-la münasibətləri yaxşılaşdırmaqda İsrailin vasitəçi olacağına inanırdılar və bu, həqiqətən baş verdi. Türkiyə və İsrail bir-birləri üçün çox müsbət addımlar atıblar. Türklərlə yəhudilərin münasibətləri hər zaman yaxşı olub. 7 oktyabr 2023-cü ildə müharibə başlayana qədər Türkiyə ilə yaranan növbəti gərginlik zamanı Ərdoğanın bu münasibətləri yaxşılaşdırmaq üçün siyasətçi və alimlər vasitəsilə addımlar atması məlumdur. İsrail hökuməti Türkiyə əhalisi arasında anti-İsrail təbliğatın dayandırılmasını istəmişdi, lakin bu baş vermədi. Bilirsiniz ki, Türkiyə İsrail ilə iqtisadi münasibətləri kəsib. Düşünmürəm ki, yaxın zamanda Ərdoğan bu siyasətini dəyişsin. Bu baş verərsə, bizim nöqteyi-nəzərimizdən türk və iran xalqı ilə problemimiz yoxdur.

– Azərbaycan-İsrail münasibətləri nə yerdədir?

– İsrail-Azərbaycan münasibətlərinə gəldikdə, kifayət qədər yüksək səviyyəli iqtisadi, mədəni, siyasi əlaqələr var. İsrail və Azərbaycan müttəfiq və strateji tərəfdaşdırlar. Xatırlayırsızsa, İran öz hərbi qüvvələrini Azərbaycanla sərhədə toplayanda münasibətlərdə gərginlik yaşanmışdı. Londonda aparıcı ərəb mətbuatı İran hücum edərsə, İsrailin Azərbaycana hərbi sahədə yardıma hazır olduğunu bəyan etməsi barədə məlumat yayılmışdı. Bu əlbəttə ki, rəsmi məlumat deyil, amma bu faktın özü belə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın səviyyəsindən xəbər verir. Və Türkiyə-İsrail münasibətlərinin pisləşməsi İsrail-Azərbaycan münasibətlərinə heç bir şəkildə təsir göstərmir.

– ABŞ-ın yeni administrasiyası İsrailin Yaxın Şərqdə və Cənubi Qafqazda rolunun artmasına, təmsilçiliyinin daha da təsirli ola biləcəyinə şərait yaradırmı?

-Tramp şübhəsiz ki, ABŞ-ın indiyədək ən böyük İsrail yönümlü prezidentidir. Bayden özünü sionist adlandırsa da Tramp İsrailin simasında strateji müttəfiq görür. Onun atası İsrailə böyük maliyyə yardımı edib və onu dəstəkləyib. İsrail və ABŞ-ın maraqları üst-üstə düşür. Bu, İsrailin Yaxın Şərqdə rolunun artmasına təsir edir. Tramp ilk dəfə seçiləndə İsrail və ərəb dövlətləri arasında sülh və əməkdaşlıq razılaşması əldə olundu. Daha sonra İsrail başqa müqavilələr də imzaladı. Tramp indi bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin yaxşılaşdırmasına çalışacaq. Bir neçə gün öncə Trampın Hindistan baş naziri Narendra Modi ilə görüşündə yeni nəqliyyat dəhlizinin bərpası təklif edildi. Bu dəhliz Bombeydən keçərək Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və İsrailə, buradan isə Avropaya –İtaliya, Fransa və s. uzanacaq. Bu, Çin nəqliyyat dəhlizinə alternativ yeni nəqliyyat dəhlizi olacaq. Bu nəhəng layihə üçün Tramp bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin inkişafına çalışacağını bəyan edib. Layihə dolayısı ilə dünya iqtisadiyyatı, eləcə də İsrailin iqtisadi inkişafını təşviq edəcək. Bu baxımdan Tramp administrasiyası İsrailin gücünün artmasında artıq rol oynamaqdadır.

– Son zamanlarda Azərbaycanın yüksək səviyyəli rəsmiləri (Prezidentin köməkçisi Hikmət Hacıyev, Baş Nazir Əli Əsədov) İran və İsrailə səfərlər edib. Bəzi iddialara görə, Azərbaycan rəsmiləri İran-İsrail və ya İsrail-Türkiyə münasibətlərinin normallaşmasına cəhdlər edir. Digər iddiaya görə, bu, yalnız regional gərginlik fonunda Azərbaycanın özünün maraqlarına uyğun olaraq İsraillə əməkdaşlığın və müttəfiqliyin gücləndirilməsinə yönəlib. Bu haqda fikriniz varmı?

– Azərbaycan təbii ki, Türkiyə ilə İsrailin barışmasını istərdi. Heç kim əslində nə baş verdiyini bilmir. Dəqiq məlumat yoxdur.

Gülnar Səlimova,
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri