Icma.az
close
up
RU
Otuzillik münaqişədən sonra yeni siyasi reallıq: sülh prosesində dönüş nöqtəsi

Otuzillik münaqişədən sonra yeni siyasi reallıq: sülh prosesində dönüş nöqtəsi

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Cənubi Qafqazda sülh gündəliyinin sürətlənməsi və Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin başlanması həm siyasi, həm institusional, həm də iqtisadi baxımdan mühüm proseslərə yol açıb. 8 avqustda ABŞ-da iki ölkə liderləri tərəfindən sülh sazişinin paraflanması regionda otuz ildən artıq davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində ən ciddi addım kimi qiymətləndirilir.

Sülh sazişi Qafqazda yeni mərhələ açır

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin icrasına başlanması bölgədə yeni siyasi reallığın formalaşmasına xidmət edir.

Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra Azərbaycan artıq öz torpaqlarını işğaldan azad edib və iki xalqın qonşuluq prinsiplərinə uyğun şəkildə sülh və əmin-amanlıq içində yaşaması üçün mühüm addımlar atılır: “Ermənistan tərəfindən də müəyyən müsbət siqnallar görünməkdədir və artıq vətəndaş cəmiyyəti nümayəndələrinin görüşmələri prosesi sürətləndirən vacib amillərdən biridir. Yaxın dövrdə siyasi partiyalar arasında da dialoqun baş tutacağı gözləniləndir və bu, tamamilə normal, yeni regional proseslərin tərkib hissəsidir. Ermənistanda hələ də sülhün alınmaması üçün çalışan, müəyyən dairələrin təsiri altında olan qüvvələr mövcuddur. Buna baxmayaraq, Azərbaycan tərəfi prosesə daha tolerant və anlayışlı yanaşır. Millət vəkili bildirib ki, bölgədə sülhün bərqərar olması üçün həm dövlət, həm də xalq olaraq Azərbaycan ardıcıl addımlar atır”.

Deputat xatırladıv ki, Ermənistanın Azərbaycana qarşı illər boyu həyata keçirdiyi terror və təcavüz-Xocalı soyqırımı və torpaqlarımızın işğalı-xalqımız tərəfindən heç vaxt unudulmayacaq: “Lakin əgər bu gün anlaşma yoluna qədəm qoyulubsa, bu tarixi şansı dəyərləndirmək hər iki xalq üçün vacibdir. Onun sözlərinə görə, 8 avqustda ABŞ-da sülh sazişinin paraflanması dünyanın ən güclü dövlətinin paytaxtında baş tutması baxımından xüsusi siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ən güclü dövlət başçısının iştirakıifadəsi də sənədin çəkisini daha da artırır”.

Tənzilə Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan hər zaman Qafqazda sabitliyin və sülhün təmin olunması üçün bütün imkanlardan istifadə edib: “İşğal dövründə belə, barışıq üçün masaya oturmağa hazır olub, lakin Ermənistan müxtəlif güclərin təsiri altında bundan yayınırdı. Bu gün isə normallaşma artıq faktiki olaraq başlayıb və Azərbaycan sülhün tam həyata keçməsi üçün üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməkdə qərarlıdır”.

“Sülh model olaraq formalaşmalıdır”

Politoloq Qədir Aslan qeyd edib ki, bölgədə sülhün davamlı olması üçün təkcə siyasi razılaşmalar yetərli deyil və bu proses mütləq şəkildə institutlaşmalıdır.

Onun fikrincə, sülhün institutlaşması həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının üzərinə ciddi vəzifələr qoyur: “İlk addım dövlətlərarası diplomatik əlaqələrin tam bərpasıdır. Bu bərpadan sonra sülh prosesinin idarəsi üçün tarixçi, psixoloq, politoloq və sosioloqlardan ibarət xüsusi komissiyanın yaradılması vacibdir. Hər iki tərəfdə rəsmi təbliğat eyniləşdirilməli, toplumlara vahid sülh gündəliyi təqdim edilməlidir”.

O əlavə edib ki, həm Azərbaycanda, həm də Ermənistanda müəyyən qruplar tarixi hadisələri siyasi məqsədlərlə manipulyasiya edir və bunun qarşısı alınmalıdır: “Vahid yanaşma formalaşdıqdan sonra təbliğat mərhələsi ədəbiyyata, incəsənətə və mədəniyyətə ötürülməli, nəticədə xalqlar arasında barış mərhələli şəkildə institutlaşa bilər”.

Sülhə gedən yol

Millət vəkili Müşviq Cəfərov diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan dövlət başçıları 8 avqustda Ağ Evdə otuz ildən çox davam edən münaqişəni bitirmək məqsədilə sülh sazişini paraflayıblar.

Onun fikirlərinə görə, sazişin imzalanması üçün əsas maneə Ermənistanın Konstitusiyasında dəyişiklik etməməsidir: “Sülh müqaviləsi Cənubi Qafqazın iqtisadi inteqrasiyasına şərait yaradacaq, sərhədlərin açılmasını və bölgənin Avropa–Asiya tranzit qovşağına çevrilməsini təmin edə bilər. Ermənistan hökuməti bütün güzəştlərə hazırdır və sülh prosesinin tezliklə başa çatması hər iki tərəfin xeyrinədir. Əminliklə deyə bilərik ki, sülhə gedən yol görünür və artıq geridönüş yoxdur”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see266

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see163

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri