İrana təzyiqlər ARTACAQ: “Tehran nüvə proqramlarını sürtləndirə bilər” Yeni Çağ Media
Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Məqsəd birmənalı olaraq İranın Suriyada, Yəməndə və digər Yaxın Şərq regionu ölkələrində təsirini azaltmaqdan ibarətdir. Bunun üçün diplomatik, hətta hərbi addımların atılması istisna olunmur”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-də yenidən prezident seçilən Donald Trampın İranla münasibətləri necə tənzimləyəcəyindən danışan Yaxın Şərq regionu üzrə ekspert Aleks Vatanka deyib.
Onun sözlərinə görə, Trampın yenidən hakimiyyətə gəlişi ilə ABŞ-nin İranla münasibətləri daha da kəskinləşəcək.
“Çünki hələ o ilk prezidentliyi dövrü, yəni 2018-ci ildə İranla imzalanan nüvə sazişindən çıxdı. Yanaşı olaraq, Tehran üzərindəki sanksiyaları da bərpa etdi. Bu amillər nəzərə alındıqda isə Trampın növbəti prezidentlik dövründə sanksiyaları daha da sərtləşdiriləcəyi şübhəsizdir. ABŞ İranın nüvə proqramına qarşı daha çox təzyiq göstərəcək. Məqsəd isə birmənalı olaraq İranın Suriyada, Yəməndə və digər Yaxın Şərq regionu ölkələrində təsirini azaltmaqdan ibarətdir. Bunun üçün diplomatik, hətta hərbi addımların atılması istisna olunmur. Trampın sərt siyasətinə qarşı İran təzyiqlərə cavab olaraq, xüsusilə nüvə proqramı sahəsində öz proqramlarını sürətləndirə bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















