Icma.az
close
up
RU
İrana yeni təhdid: Üç saat ərzində...

İrana yeni təhdid: Üç saat ərzində...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran və ABŞ arasında növbəti danışıqların vaxtı və yeri açıqlanıb. Bu danışıqlar, tərəflərin nüvə proqramı və digər strateji məsələlər ətrafında gərginliyi azaltmaq məqsədi daşıyır.

Bəzi ekspertlərin fikrincə, hər iki tərəf üçün kritik əhəmiyyət kəsb edən bu görüşlər, gələcəkdə baş verə biləcək hərbi toqquşmaları dayandırmaq və ya daha da dərinləşdirmək potensialına sahibdir.

Bu görüşlər müharibənin baş verməsinin qarşısını alacaq?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Tehrandakı mənbələr xarici kütləvi informasiya vasitələrinə verdikləri məlumatdan şənbə günü Omanda keçirilən danışıqlar zamanı İranın ABŞ nümayəndə heyətinə, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsinə məhdudiyyət qoyulmasını nəzərdə tutan üç mərhələli plan təklif etdiyi məlum olub:

“Üç saat davam edən danışıqlarda bu planı İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofa yazılı şəkildə təqdim edib.

Diplomatik mənbələrin verdiyi məlumata görə, Tehran birinci mərhələdə ABŞ tərəfindən dondurulmuş maliyyə aktivlərinə çıxış və neft ixracına icazə verilməsi müqabilində uranın zənginləşdirilməsi səviyyəsini müvəqqəti olaraq 3,67%-ə endirməyi öhdəsinə götürür.

Mənbələr əlavə ediblər ki, ikinci mərhələdə, əgər ABŞ İrana qarşı əlavə sanksiyaları aradan qaldırarsa və Böyük Britaniya, Almaniya və Fransanı BMT-nin İrana qarşı sanksiyalarından imtina etməyə inandıra bilsə, İran yüksək səviyyəli uranın zənginləşdirilməsini həmişəlik dayandıracaq və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) yoxlamalarına icazə verəcək.

Bu mərhələdə İran, həmçinin Əlavə Protokolun icrasını həyata keçirməyə başlayacaq. Bu protokol agentliyə əvvəlcədən bəyan edilməmiş obyektlərdə qəfil yoxlamalar aparmaq səlahiyyəti verir.

Xatırladaq ki, Tramp 2018-ci ildə İranın nüvə proqramı ilə bağlı əvvəlki beynəlxalq razılaşmadan (JCPOA) çıxdıqdan sonra Tehran bu öhdəliklərə 2021-ci ilin fevralında son qoymuşdu.

Üçüncü və son mərhələdə isə ABŞ Konqresi nüvə sazişini təsdiqləməli, Vaşinqton həm əsas, həm də ikinci dərəcəli sanksiyaları ləğv etməli, İran isə əlində olan yüksək zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə təhvil verməlidir”.


Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, İran nüvə silahı əldə etmək niyyətini inkar edir:

“ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Tehran hələ də belə bir silah hazırlamaq qərarında deyil. Lakin Tramp administrasiyası İrana xəbərdarlıq edib ki, əgər nüvə sazişinə qayıtmasa, hərbi hücum riski ilə üzləşə bilər.

Şənbə günü Romada keçiriləcək ikinci raund, İranın razılaşma planını təqdim etdiyi ilk “dostluq raundu” ilə müqayisədə daha çətin keçə bilər.

İranın təklifinin Uitkof tərəfindən müsbət qarşılandığı barədə məlumatlar da kütləvi informasiya vasitələrində öz əksini tapıb. ABŞ nümayəndəsi Stiv Uitkof İran tərəfinin təqdim etdiyi təklifləri alqışlayıb. Diplomatik mənbələrin “İran İnternational”a verdiyi məlumata görə, bu, Maskatdakı İran nümayəndə heyəti üçün gözlənilməz olub və onları müsbət mənada təəccübləndirib.

İran rəsmiləri danışıqların ilk raundunu müsbət qiymətləndiriblər. Ali dini rəhbər Ayətullah Əli Xameneyi çərşənbə axşamı yüksək rütbəli hərbi komandirlərlə görüşündə “ilkin addımların yaxşı həyata keçirildiyini” bəyan edib.

Mənbənin sözlərinə görə, “İranın ali liderinin danışıqların bərpasına razılıq verməsinin əsas səbəblərindən biri daha çox vaxt qazanmaq istəyidir. Çünki o, hazırda ölkənin yeni bir hava hücumuna qarşı müdafiə qabiliyyətinin zəif olduğunu anlayır.

Eyni zamanda İran, əsasən, oktyabr ayının sonlarında İsrail tərəfindən məhv edilmiş hava hücumundan müdafiə sistemlərini və həmin hücum zamanı zədələnmiş yer-yer raketlərinin istehsal imkanlarını bərpa etmək üçün vaxt qazanmağa çalışdığı da vurğulanıb”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri