Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

İranda 4 azərbaycanlı edam edildi... Doğrudanmı narkotikə görə?..

İranda 4 azərbaycanlı edam edildi... Doğrudanmı narkotikə görə?..

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İranın mərkəzi və daxili əyalətlərində də eyni ittihamlarla yüzlərlə fars mənşəli vətəndaşın edam edildiyi statistik faktlar sırasındadır...”

“Rəsmi Tehranın edamları gizli saxlaması isə beynəlxalq humanitar institutların ölkəyə qarşı təzyiqlərini artırmasına zəmin yaradır...”

İran İslam Respublikasının həbsxanalarında ölüm hökmlərinin icrası intensiv olaraq davam edir. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının, o cümlədən İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) yaydığı son hesabatlara əsasən, Zəncan və Meşkinşəhr (Xiyav) zindanlarında daha 4 məhbus asılaraq edam edilib. Azadlıqdan məhrumetmə müəssisələrinin və ya aidiyyəti dövlət qurumlarının rəsmi olaraq ictimaiyyətə açıqlamadığı bu edam hadisələrinin təfərrüatları müstəqil mənbələr vasitəsilə bəlli olub.

Moderator.az bu haqda “HRANA” təşkilatının veb-saytına, “Amerikanın səsi” və s. mənbələrə istinadla xəbər verir.

Zəncan həbsxanası: Narkotik ittihamları və 3 edam...

Zəncan mərkəzi həbsxanasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunan üç məhbusun edam hökmü sentyabrın 27-də sübh tezdən icra edilib. İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilən şəxslərin şəxsiyyəti bəlli olub:

-Fateh Şəfii (33 yaş): Əslən Zəncan şəhərinin sakini, bir uşaq atasıdır. Azərbaycan türküdür. Təxminən 3 il əvvəl narkotik ittihamı ilə saxlanılmışdı.

-Həsən Mehdipur (30 yaş): Əslən Şərqi Azərbaycan əyalətinin Miyana (Mianeh) şəhərindəndir. Azərbaycan türküdür. Təxminən 2 il əvvəl analoji ittihamla həbs edilmişdi.

-Arif Dorosti (51 yaş): Kərəc şəhərində yaşayan, üç uşaq atası olan Dorostinin də mənşəcə Azərbaycan türkü olduğu bildirilir. O da 3 il əvvəl həbs olunmuşdu.

Meşkinşəhr həbsxanası: "Qisas" hökmü

Digər bir edam hadisəsi isə avqustun 9-da Ərdəbil əyalətinin Meşkinşəhr zindanında baş tutub.

-Mustafa Bikəs (35 yaş): Meşkinşəhrin kəndlərindən birinin sakini, üç uşaq atasıdır. Azərbaycan türküdür.

 İttiham:

O, təxminən 6 il əvvəl qəsdən adam öldürmə maddəsi ilə ittiham olunaraq Cinayət Məhkəməsi tərəfindən ölüm cəzasına – "qisas" hökmünə məhkum edilmişdi. İran qanunvericiliyinə görə, zərərçəkmiş tərəf qan bahasını (diyə) qəbul edib məhkumu bağışlamadıqda hökm icra olunur.

Redaksiyadan zəruri şərh:

İranda həyata keçirilən edamların miqyası həm beynəlxalq humanitar təşkilatların, həm də regional medianın diqqət mərkəzindədir. Təqdim olunan son faktlar fonunda məsələyə iki fərqli və obyektiv müstəvidə yanaşmaq zəruridir:

1. Məhkumların etnik kimliyi:

Zəncan, Miyana və Meşkinşəhr (Xiyav) şəhərlərindən olan bu şəxslərin coğrafi mənşəyi onların Azərbaycan türkləri (İran azərbaycanlıları) olduğunu təsdiqləyir. 

Hüquq müdafiəçiləri tez-tez İranda bəluclar, kürdlər və azərbaycanlılar kimi etnik azlıqların sıx yaşadığı bölgələrdə ölüm hökmlərinin daha sürətlə və kütləvi tətbiq olunduğunu iddia edirlər. Lakin digər tərəfdən, İranın mərkəzi və daxili əyalətlərində də eyni ittihamlarla yüzlərlə fars mənşəli vətəndaşın edam edildiyi statistik faktlar sırasındadır. Bu səbəbdən, prosesi tamamilə yalnız "etnik zəmində təqib" kimi qələmə vermək birtərəfli yanaşma olardı; burada daha çox ölkənin ümumi hüquq və cəza sistemindəki sərtlik ön plana çıxır...

2. İttihamların doğruluğu və şəffaflıq problemi: 

Məhkumların "həqiqətənmi narkotik cinayətlərinə görə" edam edilməsi sualı İran məhkəmə sisteminin ən çox tənqid olunan tərəfidir. İranda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı qanunlar ekstremal dərəcədə sərtdir və hər il yüzlərlə insan bu maddə ilə asılır. Problemin mahiyyəti ondadır ki, bu hökmləri çıxaran "İnqilab məhkəmələri" tamamilə qapalı fəaliyyət göstərir, məhbusların müstəqil vəkil təminatı olmur və əksər hallarda hökmlər təzyiq altında alınan etiraflara əsaslanır. Dolayısı ilə, ittiham edilən şəxslərin cinayəti törədib-törətmədiyini müstəqil hüquqi meyarlarla yoxlamaq qeyri-mümkündür...

Nəticə olaraq, edam edilən şəxslərin Azərbaycan kökənli olması faktı realdır, lakin bu hadisələr regionda geniş vüsət almış ümumi hüquqi böhranın və şəffaflıq qəhətliyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Rəsmi Tehranın edamları gizli saxlaması isə beynəlxalq humanitar institutların ölkəyə qarşı təzyiqlərini artırmasına zəmin yaradır...

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Oktyabr 2026 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri