Icma.az
close
up
RU
İranda ara qarışdı: Proses hara gedir?

İranda ara qarışdı: Proses hara gedir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"İranda son etirazlar cəmiyyət-dövlət münasibətlərində yığılıb qalmış gərginliyin növbəti açıq fazasıdır".

Bu sözləri politoloq Tural İsmayılov "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, bu proseslər birdən-birə yaranmayıb:

"Sosial ədalətsizlik, iqtisadi sanksiyaların dərinləşdirdiyi yoxsulluq, gənclərin gələcək perspektivlərinin məhdudluğu və siyasi sistemin qapalı xarakteri etirazların əsas struktur səbəbləridir. Xüsusilə şəhərli gənclik və orta təbəqə artıq yalnız sosial deyil, identik və siyasi tələblərlə çıxış edir ki, bu da prosesin mahiyyətini dəyişir".

Ekspert qeyd edib ki, hakimiyyət isə klassik İran modeli ilə davranır:

"Rəsmi Tehran sərt təhlükəsizlik tədbirləri, informasiya nəzarəti və paralel olaraq məhdud sosial-iqtisadi güzəştlər tətbiq edir. Rejim üçün əsas prioritet dəyişiklik deyil, sistemin davamlılığıdır. Bu baxımdan, yaxın perspektivdə radikal siyasi transformasiya ehtimalı zəif görünür. Dövlət aparatı hələ də kifayət qədər monolitdir və güc resurslarını itirməyib". 

Tural İsmayılov hesab edir ki, İrandakı etirazların tamamilə dayanacağı da real görünmür:

"Məncə, proses dalğavari xarakter alacaq. Birinci səngiyəcək, sonra yenidən alovlanacaq. Çünki səbəblər aradan qalxmır. Üstəlik, regional və beynəlxalq kontekst - Yaxın Şərqdə qeyri-sabitlik, Qərblə münasibətlər və sanksiyalar İran daxilindəki sosial gərginliyi daha da artırır. 

Nəticə etibarilə, qısa müddətdə rejim dəyişikliyi yox, uzunmüddətli struktur aşınması gözləniləndir. İran cəmiyyəti sakitləşmir, sadəcə fasilə verir. Hakimiyyət isə vaxt udur. Tarix göstərir ki, bu iki xətt gec-tez kəsişir".

Elmir 
"Cebheinfo.az"

Açar sözlər: İran Tural İsmayılov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri